e-Sertifika Proqramlarına qeydiyyat davam edir

 Türkiyənin Anadolu Dövlət Universiteti cəmi 3 aya öz bilik və bacarıqlarını artırmaq istəyən, seçdiyi sahənin mütəxəssisi olmaq və karyerasında yüksəlmək arzusunda olan hər kəs üçün müxtəlif peşə və ixtisaslar üzrə online formada e-Sertifika Proqramları təklif edir.

 İstər tələbə,  istər peşə sahibi olan şəxslər, iş adamları, hətta  evdar  xanımlar da Marketinq, İnsan  Resurslarının İdarə Edilməsi, Turizm, Mühasibatlıq, İnkişafa Dəstək, Web dizayn, Kodlaşdırma, Kulinariya  kimi proqramların da daxil olduğu  100-dən çox e-Sertifika proqramlarında iştirak edib sertifikat əldə edə bilərlər. 

Dərslər online formada, zəngin dərs materiallarından (PDF kitablar, video-izahlı dərslər,  audio dərslər, izahlı testlər və s.) istifadə olunmaqla seçilən proqrama uyğun olaraq Türk və ya İngilis dilində tədris olunur.

Proqramı müvəffəqiyyətlə tamamlayan hər kəs Anadolu Universitetinin Beynəlxalq Dərəcəli Serifikatı ilə təmin olunur.

Proqramın qiyməti 250 avrodur.

Qeydiyyatdan keçmək üçün tələb olunan sənədlər:

1. Şəxsiyyəti təsdiq edən sənəd

2. Attestat və ya diplom

3. 4×5 ölçüsündə, ağ fonda, 2 ədəd mat şəkil.

Vİdeo: