“ Mənim Təhsilim” adlı foto-rəsm müsabiqəsinin qaliblərinə hədiyyələri təqdim olunmuşdur.

Tarih: 
26/03/2018 - 14:00

Anadolu Universiteti Azərbaycan Proqramlarının təşkil etdiyi “ Mənim Təhsilim” adlı foto-rəsm müsabiqəsinin qaliblərinə hədiyyələri təqdim olunmuşdur. Anadolu Universiteti Azərbaycan Proqramlarının “anadoluaz” rəsmi instagram hesabında instagram istifadəçiləri arasında ən çox bəyənmə toplayan 1-ci yerin qalibi Mövlüd Təhməzliyə müsabiqə şərtlərinə uyğun olaraq fotoaparat , 2-ci yerin qalibi Seymur Fətullayevə təhsil haqqına 10 %-lik endirim kuponu , 3-cü yerin qalibi Nahid Allahverdiyevə isə Anadolu Universiteti Azərbaycan Proqramlarında yeni açılmış e-Sertifika proqramlarına endirim kuponu təqdim olunmuşdur. Qaliblərə hədiyyələri Anadolu Universiteti Azərbaycan Proqramları nümayəndəsi Araz Hətəmzadə təqdim etmişdir .O , qalibləri təbrik edərək onlara şəxsi həyatlarında və dərslərində uğurlar arzulamıış, həmçinin gələcəkdə də bu cür müsabiqələrin keçiriləcəyi barədə məlumatlar vermişdir.

Daha sonra müsabiqənin qalibləri yaradılan bu cür şərait və imkanlar üçün Anadolu Universiteti Azərbaycan Proqramlarının rəhbərliyinə və bütün kollektivinə təşəkkürlərini bildirmişdirlər.

Sonda qaliblər Araz Hətəmzadə ilə xatirə şəkilləri çəkdirmişdirlər.

#AnadoluÜniversitesi
#AzerbaycanProgramları

 

Rəylər:

No comments available.