“Ulu öndər Heydər Əliyevin gənclər siyasəti” mövzusunda inşa müsabiqəsinin qaliblərinə hədiyyələri və "Belge"ləri təqdim olundu.

Tarih: 
17/07/2023 - 14:00

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Ulu öndər Heydər Əliyevin gənclər siyasəti” mövzusunda inşa müsabiqəsinin qaliblərinə hədiyyələri təqdim olundu.
Anadolu Universiteti Azərbaycan Proqramlarının “anadoluaz” rəsmi instagram hesabında tələbə və məzunlarımıza özəl elan edilən və münsiflər heyəti tərəfindən seçilən 1-ci yerin qalibi “İctimaiyyətlə Əlaqələr və Reklam” ixtisası üzrə təhsil alan tələbə Gülnar Fərhadova müsabiqə şərtlərinə uyğun olaraq, Əskişəhərdə 3 gün Anadolu Universitetinin qonağı olaraq 10-11 iyun tarixində keçirilən möhtəşəm “Məzuniyet Töreni” tədbirinə qatılmış və universitetin kampusunda yerləşən “Heydər Əliyev Məlumat və Araşdırma Mərkəzi”ni ziyarət etmişdir.
2-ci yerin qalibi “Fəlsəfə” ixtisası üzrə təhsil alan tələbə İntizar Qurbanovaya müsabiqə şərtlərinə uyğun “Book reader” , 3-cü yerin qalibi “Bank və Siğorta İşi” ixtisası üzrə məzun Elmin Cabbarova isə Anadolu Universitetindən özəl hədiyyə təqdim olundu.
Qaliblərimizin hər birinə təqdim olunması üçün Anadolu Universiteti rektoru Prof.Dr. Fuat Erdalın imzası ilə “Başarı Belgesi” hazırlanmışdır.
Qaliblərə hədiyyə və “Başarı Belgesi”ni Anadolu Universitetinin Azərbaycan üzrə nümayəndəsi,distant təhsil üzrə ekspert Araz Hətəmzadə təqdim etmişdir. Araz Hətəmzadə qalibləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Öz növbəsində qaliblərimiz də yaradılan bu cür şərait və imkanlar üçün Anadolu Universiteti rəhbərliyinə və bütün kollektivinə təşəkkürlərini bildirdirlər.
Sonda qaliblər Araz Hətəmzadə ilə xatirə şəkilləri çəkdirdilər.
 
#Anadolu #AnadoluUniversiteti #AzərbaycanProqramları #AzerbaycanProgramlari #abituriyent #abituriyentqəbulu #distant #qəbuldavamedir #qebuldavamedir #attestatlaqebul #attestatlaqəbul #attestatlaqəbul #xaricdetehsil #xaricdətəhsil #türkiyədətəhsil #eğitim #tehsil #təhsil #distant #HeydərƏliyev #HeydarAliyev #HeydərƏliyev100 #ÜmummilliLider #UluÖndər #ArazHatemzade #ArazHətəmzadə

 
 

Rəylər:

No comments available.