5 may 2018 – ci il tarixində "Intouirst " oteldə Azərbaycan Türkiyə İş Adamları Birliyinin ( ATİB) təşkil etdiyi ənənəvi “İşgüzar səhər yeməyi” tədbiri keçirilmişdir.

Tarih: 
05/05/2018 - 21:00

       5 may 2018 – ci il tarixində "İntourist" oteldə  Azərbaycan Türkiyə İş Adamları Birliyinin ( ATİB) təşkil etdiyi ənənəvi “İşgüzar səhər yeməyi”  tədbiri keçirilmişdir.  Tədbirdə Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı fövqaladə və səlahiyyətli səfiri Erkan Özaral, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəsi  Ufuk Turganer, ATİB İH-nin sədri Cemal Yangin, Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov,   ATİB-in  İdarə heyətinin üzvləri ,ATIB-ə üzv olan Azərbaycandakı türk qurumlarının rəhbərləri, Anadolu Universiteti Azərbaycan Proqramlarının bir qrup əməkdaşı,həmçinin Universitetin məzun və tələbələri də iştirak etmişdirlər. ATİB İH-nin sədri Cemal Yangın öz çıxışı zamanı tədbirdə iştirak edən bütün qonaqları salamlamış, onlara tədbirə qatıldığları üçün öz təşəkkürünü bildirmişdir. Anadolu Universiteti Azərbaycan Proqramları məzun və tələbəri ilə eyni masa ətrafında əyləşən Anadolu Universiteti Azərbaycan Proqramları  koordinatoru Azər Hətəmov onlarla səmimi söhbətlər etmiş,onlara uğurlar arzulamışdır. Məzun və tələbələr tədbirə dəvət olunduqları üçün Koordinatora dərin minnətdarlığlarını bildirmişdirlər.

 

Rəylər:

No comments available.