8 Fevral Anadolu Universiteti Azərbaycan Proqramlarında "Sinema günü" keçirilmişdir

Tarih: 
08/02/2018 - 16:45

    8 fevral 2018-ci il tarixdə Anadolu Universiteti Azərbaycan Programlarında tələbələrin çoxsaylı istəklərini nəzərə alaraq  növbəti "Sinema günü" keçirilmişdir. Anadolu Universiteti Azərbaycan Proqramları nümayəndəsi Araz Hətəmzadə və  riyaziyyat fənni üzrə hazırlıq kursu hocası İrem Deliduman da film nümayişi tədbirində iştirak etmişdirlər. Anadolu Universiteti Azərbaycan Proqramları nümayəndəsi Araz Hətəmzadə öz çıxışında bu cür tədbirlərin hazırlıq kursu iştirakçıları və tələbələrin türk dili bilik səviyyələrini (yazma, eşitmə, danışıq) daha da yüksəltmək məqsədi ilə keçirilməsi haqqında məlumat vermişdir.

    Daha sonra tələbələr böyük maraq və sevinclə nümayiş olunan filmi seyr etdilər və sonda onlar üçün bu cür şərait yaradıldığına görə  Anadolu Universiteti Azərbaycan Proqramları rəhbərliyinə və kollektivinə öz təşəkkürlərini bildirdilər.
 

#AnadoluÜniversitesi
#AzerbaycanProgramları.

Rəylər:

No comments available.