9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

Tarih: 
09/11/2018 - 13:30

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.

Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız- milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada  qəbul edilmiş və qaldırılmışdır.

Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin  əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009-cu il noyabrın 18-də  Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Anadolu Universiteti Azərbaycan Proqramları olaraq, xalqımızı qürur və iftixar mənbəyimiz olan “Bayraq bayramı” münasibəti ilə təbrik edirik. Bayrağımızın daima yüksəklərdə olmasını arzulayırıq.

Rəylər:

No comments available.