Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov Anadolu Universitetində Azərbaycandan uzaqdan təhsil yolu ilə İşletme bölümündə müfəvəqiyyətlə təhsil alan Türkiyə Cümhuriyyət Vətəndaşı Mehmet Uzunerlə görüşmüşdür.

Tarih: 
16/03/2019 - 18:15

Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov,Azərbaycanda Türk şirkətlərinin birində uğurlu sahibkarlıq fəaliyyəti göstərən və Anadolu Universitetində Azərbaycandan uzaqdan təhsil yolu ilə İşletme bölümündə müfəvəqiyyətlə təhsil alan Türkiyə Cümhuriyyət vətəndaşı Mehmet Uzunerlə görüşmüşdür. Mehmet Uzuner Türkiyənin Anadolu Universitetinin Açıköğretim sistemində Türkiyəyə getmədən Azərbaycandan təhsil almaq imkanı yardılmasına görə Anadolu Universitetinin və Universitetin Azərbaycan Proqramlarının bu fəaliyyətdə əməyi keçən bütün şəxslərinə təşəkkürünü bildirmişdir.

Koordinator da, öz növbəsində Universitetin tələbələri sırasında Mehmet bəy kimi tələbələrin olmasından qürur duyduqlarını qeyd edərək,Mehmet bəyə dərslərində və işlərində uğurlar arzulamışdır.

Rəylər:

No comments available.