ANADOLU UNİVERSİTETİ AZƏRBAYCAN PROQRAMLARI KOORDİNATORU AZƏR HƏTƏMOV VƏ AZƏRBAYCAN-TÜRKİYƏ İŞ ADAMLARI BİRLİYİ (ATİB) İH SƏDRİ CEMAL YANGININ ANADOLU UNİVERSİTETİ REKTORU PROF.DR. ŞAFAK ERTAN ÇOMAKLINI ZİYARƏTİ

Tarih: 
01/02/2019 - 10:30

29 Yanvar 2019 –cu il tarixində Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov və Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) İH sədri Cemal Yangın Anadolu Universiteti rektoru Prof.Dr. Şafak Ertan Çomaklını ziyarət etmişdirlər. ATİB sədri Cemal Yangın, rektor Şafak Ertan Çomaklını yeni vəzifəyə təyin edilməsi münasibətilə təbrik edərək ona gələcək işlərində uğurlar arzulamışdır. Görüşdə həmçinin Anadolu Universiteti Gensek Yardımçısı Onur Girdap da iştirak etmişdir. Səmimi şəraitdə keçən görüşdə ATİB İH sədri və Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru tərəfindən Anadolu Universiteti Azərbaycan Proqramlarının mövcud fəaliyyəti haqqında məlumat verilmiş və layihənin perspektivi müzakirə olunmuşdur.Sonda xatirə şəkli çəkdirilmişdir.

 

Rəylər:

No comments available.