Anadolu Universitetinin rektoru Prof.Dr.Fuat Erdal "Azərbaycan Proqramları"nı ziyarət etdi

Tarih: 
28/01/2022 - 16:00

28 yanvar 2022-ci il tarixində Türkiyənin Anadolu Dövlət Universitetinin rektoru Prof.Dr.Fuat Erdal, Universitetin prorektorları Prof.Dr. İbrahim Kaya, Prof.Dr. Ali Resül Usul Azərbaycana rəsmi səfərləri çərçivəsində Anadolu Universiteti "Azərbaycan Proqramları"nı ziyarət etdilər.
Hörmətli rektoru Anadolu Universiteti Azərbaycan Proqramları "Öğrenci işleri" müdiri Araz Hətəmzadə və bir qrup tələbə gül dəstələri ilə qarşıladılar.
Araz Hətəmzadə​ Nümayəndə heyətini öncə burada Anadolu Universiteti "Azərbaycan Proqramları" tələbələri üçün yaradılmış şəraitlə tanış etdi ​ və son illər​ ​ərzində burada aparılmış abadlıq quruculuq işləri, distant təhsil alan tələbələrin istifadəsi üçün qurulmuş zəruri texniki avadanlıqlar, tələbələrə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində görülmüş digər işlər haqqında ətraflı məlumat verdi. Bu şəraitin yaradılmasında ATİB-in dəstəyi də xüsusi olaraq qeyd olundu.
Daha sonra rektor və nümayəndə heyəti Anadolu Universiteti "Azərbaycan Proqramları" məzunları ilə görüşdülər. Görüşdə rektor öncə​ məzunları təbrik etdi və Açıq və uzaqdan təhsil ​proqramlarının da əyani təhsil qədər əhəmiyyətli və keyfiyyətli olduğunu qeyd etdi. Anadolu Universiteti haqqında geniş məlumat verən rektor, Anadolu Universitetinin 1 milyon 200 min tələbəsi ilə dünyanın 3-cü ən böyük universiteti olduğunu qeyd edərək, rəhbərlik etdiyi Universitetin​ Açıq öyrətim sahəsində 40 illik ​böyük təcrübəyə sahib olduğunu vurğuladı. Azərbaycanın və "Azərbaycan Proqramları"nın əhəmiyyətini xüsusi qeyd edən rektor,  "Bugün də tələbələrimizə dərs verməkdən, onları məzun etməkdən qürur duyduğunu " söylədi.
Daha sonra cənab rektor məzunlara diplomlarını təqdim etdi,onlarla səmimi söhbətlər edərək, onları maraqlandıran sualları cavablandırdı. Diplom təqdimatı zamanı məzunlar Anadolu Universiteti rektoru Prof.Dr.Fuat Erdal ilə xatirə şəkli çəkdirdilər.
Sonda rektor Anadolu Universiteti Azərbaycan Proqramları "Xatirə kitabı"na Anadolu Universiteti "Azərbaycan Proqramları" haqqında öz ürək sözlərini yazdı.
 
#AnadoluUniversiteti
#AzerbaycanProqramlari
#məzun
#mezun
#diplom
#ATİB
#azerbaijan
#azərbaycan
#azerbaycan
 
 

Rəylər:

No comments available.