Bu gün Xocalı soyqırımının 27-cü ildönümüdür

Tarih: 
25/02/2019 - 16:00

Bu gün Xocalı soyqırımının 27-cü ildönümüdür.

 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin Xocalıya hücumi nəticəsində 613 nəfər, o cümlədən 63 nəfər azyaşlı uşaq, 106 nəfər qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə bütünlüklə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. 

Anadolu Universiteti Azərbaycan Proqramları olaraq , Xocalı faciəsi şəhidlərinin xatirəsini dərin hüznlə yad edir, Xocalıda həyatını itirən bütün soydaşlarımıza rəhmət diləyir, ruhlarının qarşısında baş əyirik! 

Rəylər:

No comments available.