Distant təhsil zamanıma qənaət etməyimə, təhsil alaraq həm də iş təcrübəsi qazanmağıma şərait yaratdı

Tarih: 
14/08/2022 - 16:30

Mən Cümşüd Qocayev,
Anadolu universitetində Azərbaycandan distant formada təhsil alıram. Həm universitet, həm də seçdiyim təhsil formasından çox razıyam. Çünki, distant təhsil, əyani təhsildən heç də fərqlənmir. Hətta mənə görə ,bir çox üstünlükləri də var. 
Belə ki, distant təhsil zamanımıza qənaət etməyimizə, təhsil alaraq həm də iş təcrübəsi qazanmağımıza şərait yaradır.  
Üstəlik seçdiyim Biznesin təşkili və idarə edilməsi ( "İşletme" ) ixtisası üzrə təhsil almaq bu təhsil formasının bizə verdiyi imkanlara görə həm rahat, həm də maraqlıdır. Müəllimlərin biliyi, peşəkarlığı dərslərimizi mənimsəməkdə, imtahanlara hazırlaşmağımızda böyük kömək olur.
 Mən inanıram ki, bu ixtisas üzrə ən yaxşı mütəxəssislərdən biri olacağam.
Əminliklə deyə bilərəm ki, siz də tərəddüd etmədən Anadolu universitetini seçə bilərsiniz.
 
#Anadolu
#universitet
#alitehsil
#tehsil
#xaricdetehsil
#xaricdətəhsil
#turkiyedetehsil
#türkiyədətəhsil
#mesafelitehsil
#məsafəlitəhsil
#attestatlatehsil
#attestatlatəhsil
#qebuldavamedir
#qəbuldavamedir
#attestatlaqeydiyyat
#attestatlaqebul
#attestatlaqəbul
#2022qebul
#distant
 

Rəylər:

No comments available.