"Mənim təhsilim" adlı yeni bir foto müsabiqəyə start verdik.

Tarih: 
02/02/2018 - 16:15

     Əziz instagram istifadəçiləri,

     "Mənim təhsilim" adlı yeni bir foto müsabiqəyə start verdik.
Müsabiqədə əsas məqsəd instagram istifadəçiləri olan gənclər arasında ən istedadlı foto, rəsm müəllifini müəyyən edərək mükafatlandırmaqdır

Yarışmanın şərtləri isə çox sadədir:

  • Təhsil və tələbə həyatına aid bir foto və ya rəsm çəkib info@anadolu.edu.az mail ünvanımıza göndərməlisiniz;

  • Göndərilən bütün  fotolar və rəsmlər 19 fevral tarixindən  @anadoluaz rəsmi səhifəmizdə paylaşılacaq;

  • Göndərdiyiniz foto bizim rəsmi instagram səhifəmizdə paylaşıldıqdan sonra həmin fotonu və ya rəsmi  öz profilinizdə paylaşmalı və şərh bölümündə ən az 5 dostunuzu etiketləməlisiniz;

  • Göndərilən fotolar təhsil və ya tələbə həyatına aid olmalıdır;

  • Yarışmada ali məktəb, kollec tələbələri və orta məktəb şagirdləri iştirak edə bilərlər;

  •  Müsabiqədə yalnız bu müsabiqə üçün, iştirakçıların özləri tərəfindən çəkilib göndərilən fotolar və rəsmlər qəbul olunacaqdır;

  • Müsabiqə iştirakçısı fotolarınını göndərməklə müəllif hüquqlarını yalnız ona məxsus olduğunu və üçüncü tərəfin hüquqlarını pozmadığını təsdiq etmiş olur;

  • 28 fevral tarixində saat 19:00-da  səsvermə dayandırılacaq və ən çox bəyənmə toplayan 3 iştirakçı müsabiqənin qalibi olacaq;

  • Müsabiqənin qalibi fotoaparat , 2-ci və  3-cü yerə layiq görülən müəlliflər isə sürpriz hədiyyələrlə mükafatlandırılacaqlar;

  • 1 mart tarixində qaliblər müəyyən olunaraq elan ediləcək və sonra onlara hədiyyələri təqdim olunacaqdır. Bu barədə sizə əlavə məlumat veriləcək.

#AnadoluÜniversitesi
#AzerbaycanProgramları

#AnadoluUniversitesi #AzerbaycanProgramlari #Menimtehsilim

Rəylər:

No comments available.