Prof. Dr. Naci Gündoğan Azərbaycan Dövlət İqtisad Universitetində olub • Xəbərlər

Tarih: 
18/10/2014 - 12:30

      Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin Anadolu Dövlət Universitetinin rektoru Prof. Dr. Naci Gündoğan bu gün Azərbaycan Dövlət İqtisad Universitetində olub.
      Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Prof. Ədalət Muradovla görüşdə iki universitet arasında əməkdaşlıq haqqında məsələlər müzakirə olunub. Görüş zamanı ali təhsil ocağında tədrisin keyfiyyətinin daha da artırılması, Azərbaycan Dövlət İqtisad Universiteti əməkdaşlarının Anadolu Universitetində elmi təcrübə keçməsi və araşdırmaların aparılması, eyni zamanda dərs proqramları, birgə distant təhsil və ortaq dərslik proqramlarının hazırlanması barədə qərara gəlinib.

Rəylər:

No comments available.