Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil edildi

Tarih: 
29/10/2023 - 17:00

Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə Heydər Əliyev Mərkəzində rəsmi qəbul təşkil edildi.
Tədbirdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyənin və ölkəmizin yüksək vəzifəli şəxsləri, millət vəkilləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri və digər rəsmi şəxslər iştirak etdi.
Tədbirdə ATİB İH-nin üzvü, Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov da iştirak etdi və Türkiyə Cümhuriyətinin yaranmasının 100-cü ildönümü münasibətilə Anadolu Universiteti Azərbaycan Proqramları kollektivi, tələbələri və məzunları adından təbriklərini səfir Cahit Bağçıya çatdırdı.
Tədbirin rəsmi açılış mərasimində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın videomüraciəti səsləndirildi.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı öz çıxışında bildirdi ki, məzlumların, haqqı tapdalananların yanında olan Türkiyə ötən müddət ərzində daha da güclənərək beynəlxalq aləmdə sabitliyin və təhlükəsizliyin simvoluna çevrilib.
 Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini çatdırdı.
Tədbir rəsmi ziyafətlə və tanınmış musiqiçilərin ifasında konsert proqramı ilə davam etdi.
100 yaşın mübarək, yüksəlişin davamlı olsun əziz Türkiyə!
 
#Anadolu #AnadoluUniversiteti #AzərbaycanProqramları #AzerbaycanProgramlari #abituriyent #abituriyentqebulu #abituriyentqəbulu #distant #qəbuldavamedir#qebuldavamedir #attestatlaqebul #attestatlaqəbul #attestatlaqəbul #xaricdetehsil #xaricdətəhsil #türkiyədətəhsil #eğitim #tehsil #təhsil #distant #Atatürk #29Ekim #Cümhuriyyət
 
https://youtu.be/dASkweGXhI4?si=1K4iV62c0l89Zkg2

Rəylər:

No comments available.