Sosiologiya

Sosiologiya (Sosyoloji) üzrə bakalavr dərəcəsi tələbələrə bir sosal elm kimi sosiologiyanın əsas  anlayışları və nəzəriyyələrini, onun müxtəlif sahələrinə aid nəzəri və praktiki bilikləri, tənqidi və analitik düşünməyi öyrədir, eyni zamanda lokal və qlobal miqyasdakı sosial dəyişiklikləri analiz edib anlamaq, təməl sosial problemləri, onların həlli mexanizmləri və metodlarını müəyyən etmək kimi bacarıqları aşılayır.

            Məzunlarımız özəl şirkətlərin İnsan Resursları (HR) şöbələrində, media mərkəzlərində,araşdırma şirkətlərində mütəxəssis, layihə rəhbəri və sosioloq, müəyyən sertifikatlar almaqla isə ailə məsləhətçisi kimi işləyə bilərlər. Həmçinin, onlar magistratura və doktorantura pillələrində təhsillərini davam etdirərək akademik karyera da qura bilərlər. 

http://sia.az/az/news/education/630608.html