Fəlsəfə - Felsefe

Fəlsəfə (Felsefe) üzrə bakalavr dərəcəsi tələbələrə mücərrəd və tənqidi düşünmək, müxtəlif sahələrə aid olan hadisə və prosesləri analiz etməklə onlar arasındakı səbəbiyyət əlaqələrini aşkar etmək və nəticə çıxarmaq, irəli sürdükləri mühakimələri məntiqi əsaslandıraraq sübut etmək, öz fikirlərini aydın və səlis ifadə etməyi öyrədir.
Məzunlarımız özəl və beynəlxalq şirkətlərdə analitik-məsləhətçi, insan resursları, ictimaiyyətlə əlaqələr, qeyri-hökümət təşkilatlarında, elm-tədris mərkəzlərində tənqidi düşünmə və məntiqi əlaqələri müəyyən etməyin vacib olduğu işlərdə, həmçinin  nəşriyyatlarda redaktor, qəzet və jurnallarda, internet saytlarında yazar olaraq işləyə, magistratura və doktorantura pillələrində təhsillərini davam etdirərək akademik karyera qura bilərlər.

Vİdeo: