Turizm İdarəçiliyi - Turizm İşletmeciliği

Turizm İdarəçiliyi (Turizm İşletmeciliği) üzrə bakalavr dərəcəsi tələbələrə turizm sahəsində uğurlu karyera qurmaq üçün vacib olan nəzəri və praktik bilikləri öyrədir. Proqram İqtisadiyyat, İdarəetmə Prinsipləri, İnsan Resursları İdarəçiliyi, Mühasibatlıq və s. kimi otel idarəçiliyində mühüm əhəmiyyət kəsb edən sahələri əhatə edir.
Dövlət səviyyəsində və özəl şirkətlər tərəfindən qəbul edilən proqramların nəticəsi olaraq otellərin sayındakı sürətli artım və yüksək ixtisaslı otel idarəçilərinə tələbin artması  məzunlarımız üçün çoxsaylı iş imkanları yaradır.