Distant Təhsilin Funksiyaları və Üstünlükləri
Distant Təhsildə hər kəs vaxt itirmədən xarici universitetlərdə oxuya bilər. Burada tələbənin sərbəst öyrənmə prinsipi vardır. Təhsil sahəsi elə qurulub ki, tələbə müəllimdən vaxt və ya məsafə ilə ayrılsa da, onlar istədiyi vaxt telekommunikasiya vasitələri ilə əlaqə saxlaya bilərlər. Bu baxımdan müxtəlif məqsədlərlə istənilən təhsil proqramı sahəsində həyata keçirilə bilən distant təhsil sisteminin funksiyaları da genişdir.
1.Yaş qrupları arasında təhsil balansının təmin edilməsi,
2.İkinci dəfə təhsil almaq imkanının təmin edilməsi,
3. Geniş kütlələr üçün məlumat və təhsil kampaniyalarının həyata keçirilməsi,
4.Hədəf qruplara treyninqlərin verilməsi,
5.Hədəf qrupların digər ehtiyaclarının təmin edilməsi,
6.Yeni sahələrdə təhsilin verilməsi,
7.Təhsili geniş coğrafiyada əldə etmənin təmin edilməsi,
8.Təhsilin işlə və ailə həyatı ilə kombinasiyasının təmin edilməsi,
9.Bacarıqların inkişaf etdirilməsi,
10. Transmilli proqramların təklifi və s.
Rəylər: