Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Ağdam rayonunun işğalının 22-ci il dönümünə həsr olunan anım mərasimi keçirilib

Tarih: 
23/07/2015 - 21:15

  Tədbirdə Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədri Almaz Zeynalova, tanınmış jurnalist Rey Kərimoğlu, Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov, Anadolu Universitetindən məzun olan, əslən Ağdam rayonundan olan Aytən Qarayeva, Anadolu Universiteti tələbəsi Vüsalə Həsənzadə, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti Rasim Məmmədov,  Ağdam rayon İcra Hakimiyyətinin nümayəndələri və Ağdam rayonunun ziyalıları və ictimai xadimlər iştirak ediblər. Öncə torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
         Ardınca Ağdam rayonundan qaçqın düşən soydaşlarımızın çıxışlarından ibarət qısametrajlı film nümayiş olunub. Tədbirdə çıxış edən Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədri Almaz Zeynalova Azərbaycan xalqının heç zaman işğalla barışmayacağını və öz torpaqlarını tezliklə düşmən tapdağından azad edəcəyini deyib.
      Daha sonra çıxışlar olmuşdur. Tədbirdə çıxış edən Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov Ağdam və digər işğal altında olan rayonlarımızın füsünkar təbiətindən, əvəzolunmaz tarixi abidələrindən söz açaraq, bugün güclü dövlətimiz və ordumuz olduğunu qeyd edərək, istər sülh, istərsə də müharibə yolu ilə torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə əmin olduğunu bildirmişdir.
          Tədbir Ağdam haqqında xatirələrdən bəhs edən çıxışlarla davam etdirilib.
 

Rəylər:

No comments available.