Şanslıyam ki, Anadolu Universiteti kimi prestijli universitetin tələbəsiyəm

Tarih: 
24/01/2021 - 16:00

Mən Nərmin Hacıyeva,

Anadolu Universitetinin İctimaiyyətlə əlaqələr və Reklamçılıq ( "Halkla İlişkiler Ve Reklam" ) ixtisası üzrə təhsil alıram. Çox şanslıyam ki, doğru bir qərar verib, Anadolu Universitetini seçdim və belə prestijli universitetin tələbəsi oldum. 

Hər kəsin də bildiyi kimi, Universitet seçimi kimi, ixtisas seçimi də çox önəmlidir. Seçdiyim  ixtisas üzrə biliklərə sahib olmağımda isə Anadolu Universitetinin və eləcə də distant təhsil formasının böyük rolu var. 

Xüsusən də pandemiyanın artması ilə dünyada və ölkəmizdə distant təhsil forması çox avantajlı, önəmli və əlverişli təhsil metodlarından biri, hətta birincisidir. Çünki dərslərimizə (xüsusilə də imtahan ərəfəsində) rahat şəkildə hazırlaşa bilirik. Universitetimiz bir tələbəyə lazım olan bütün imkanları göstərir. Şəxsi kabinetimizdə bütün dərslər, dərs vəsaitləri-pdf kitablar, səsli kitablar bizə dərslərimizə hazırlaşmağımıza böyük dəstəkdir. Bundan əlavə, Eskişeherden Universitetin müəllimləri bizlərə imtahanlara hazırlaşmağımızda, kitabları daha yaxşı mənimsəməmizdə "Zoom" proqramı vasitəsilə də onlayn dərslər verirlər. Pandemiya şəraitində bizləri düşünərək, semestr  imtahanlarımızın da onlayn şəkildə keçirilməsi isə bizə rahat şəkildə istədiyimiz yerdən, istədiyimiz zaman imtahana daxil olmağımıza şərait yaradır. 

Bizə zamanımızı düzgün dəyərləndirməyi öyrədən, keyfiyyətli təhsilin ünvanı olan Anadolu Universitetinə bizlər üçün yaratdığı şəraitə və fürsətlərə görə , sonsuz minnətdarlığımı bildirirəm.

 

#universitet #tehsil #alitehsil #xaricdetehsil #xaricdətəhsil #anadoluaz #evdeqal #evdəqal #covid19 #karantin #azerbaijan #azerbaycan #azərbaycan #baku #baki#baku#azerbaycan#anadoluuniversitesi #təhsil  #bakalavr #turkiyedetehsil#onlinetehsil #onlinetəhsil #educational

Rəylər:

No comments available.