Şimali Kipr Türk Cümhuriyyətinin(ŞKTC) Bakı Təmsilçisi Ufuk Turganer və Təmsilçiliyin Təhsil və Mədəniyyət Ateşesi Tevfik Ulualın Anadolu Universiteti Azərbaycan Proqramlarını ziyarəti

Tarih: 
27/01/2020 - 11:30

24 Yanvar 2020-ci il tarixində Şimali Kipr Türk Cümhuriyyətinin(ŞKTC) Bakı Təmsilçisi Ufuk Turganer və Təmsilçiliyin Təhsil və Mədəniyyət Ateşesi Tevfik Ulual Anadolu Universiteti Azərbaycan Proqramlarını ziyarət etdilər.

Hörmətli qonaqları qurumda çalışan əməkdaşlar və distant təhsil alan bir qrup tələbə çiçək dəstəsi ilə qarşıladılar.

ATİB İH üzvü, Universitetin Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov qonaqları salamlayaraq onları tələbələrə təqdim etdi.Həmçinin tə
ləbələrə ŞKTC haqqında qısa məlumat verərək,qonaqlardan tələbələrə Şimali Kipr Türk Cümhuriyyəti haqqında ətraflı məlumat vermələrini xahiş etdi.ŞKTC Təmsilçisi Ufuk Turganer təmsil etdiyi ölkə haqqında məlumatlar verdi və bununla əlaqədar onları maraqlandıran sualları cavablandırdı.
Səmimi şəraitdə çay süfrəsi ətrafında davam edən söhbətdən sonra Azər Hətəmov müəllifi olduğu kitabını və Anadolu Universitetinin "Güzel Sanatlar Fakültəsi"tərəfındən hazırlanan xüsusi hədiyyələri qonaqlara təqdim etdi.

#AnadoluÜniversitesi
#AzerbaycanProgramları
#Baku
#Azerbaycan
#şimalikipr

Rəylər:

No comments available.