Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin 33-cü ildönümü qeyd edildi.

Tarih: 
17/11/2016 - 18:45

noy 17, 2016
  Düz 33 il əvvəl, 1983-cü il noyabrın 15-də Şimali Kipr Türk Federal Dövlətinin Məclisi “öz müqəddəratını təyinetmə” hüququndan istifadə edərək yekdilliklə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yarandığını bəyan edib. Bununla əlaqədər 15 Noyabrda Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə rəsmi tədbir düzənlənmişdir.
Tədbirdə Azərbaycan, Türkiyə və Şimali Kiprin dövlət adamları, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Mətbuat Şurasının və digər QHT-lərin rəhbərləri, Türkiyə Cümhuriyyətinin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, ATİB İH sədri Cemal Yangın, Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov, tanınmış siyasətçilər, yazıçılar və KİV nümayəndələri iştirak edirdilər. Əvvəlcə Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnləri səsləndi və rəsmi qəbulu giriş sözü ilə açan ŞKTC-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer Şimali Kiprin yaranması tarixi barədə qonaqlara məlumat verib. Sonra ŞKTC-nin yaranma tarixini əks etdirən sənədli film nümayiş etdirilib. Daha sonra tədbir musiqi proqramı və bu özəl günlə bağlı ziyafətlə davam etmişdir.

Rəylər:

No comments available.