“Park İnn” oteldə Anadolu Universiteti Azərbaycan Programlarından distant formada məzun olan tələbələr üçün diplom təqdimatı mərasimi keçirilmişdir

Tarih: 
29/04/2016 - 11:45

     Park İnn otelin konferans salonunda  Anadolu Universiteti Azərbaycan Proqramlarından distant formada təhsil alaraq məzun olan və müvəffəqiyyətlə oxuyaraq tərifnaməyə (Yüksek Onur Belgesi) layiq görülən tələbələr üçün diplom və tərifnamələrin təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Türkiyə Cumhuriyyətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri İsmayıl Alper Coşkun, Anadolu Universiteti Rektoru  Prof.Dr. Naci Gündoğan, Eskişehir Osmangazi Universitetinin Rektoru Prof.Dr. Hasan Gönen, Anadolu Universiteti Azərbaycan Proqramlarının Koordinatoru Azər Hətəmov, Azərbaycan Türkiyə İş Adamları Birliyinin İH-nin Sədri Cemal Yangın, Türkiyə Cumhuriyyəti Milli Təhsil Nazirliyinin Azərbaycandakı Təhsil Müşaviri Abdulgafur Böyükfırat, ATİB-in İdarə heyətinin üzvləri olan uğurlu iş adamları, tələbələr və valideynlər, KİV nümayəndələri iştirak etmişdir.
      Əvvəlcə tədbir iştirakçıları Azərbaycanda Qarabağ və Türkiyədəki son terror hadisələrindəki şəhid olmuş əsgərlərin ruhunu  bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Azərbaycan və Türkiyənin İstiqlal Marşları  səslənib.
      Anadolu Universiteti Azərbaycan Proqramlarının Koordinatoru Azər Hətəmov qonaqları salamlayaraq, məzunları, tərifnamə alan tələbələri və xüsusilə onların valideynlərini təbrik edib. Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində görülən işlərdən, Anadolu Universiteti Azərbaycan  Proqramlarında olan yeniliklərdən məlumat vermişdir. Həmçinin bildirmişdir ki, Proqramlarımıza Anadolu Universitetinin Türkiyə Cumhuriyyətinin Azərbaycandakı Səfirliyinin və ATİB-in dəstəyi xüsusi önəm daşımaqdadır.
      Anadolu Universiteti Azərbaycan Proqramlarının tərəfdaşlığını edən, Azərbaycan Türkiyə İşadamları Birliyinin İH-nin Sədri Cemal Yangın öz çıxışında, məzunları və valideynlərini təbrik edərək, Anadolu Universitetinin məzunu olmağının böyük bir uğur olduğunu bildirmişdir. Uğurlu iş adamı öz çıxışında, Anadolu Universitetinin “Yaşamboyu Eğitim” sloqanında olduğu kimi, həyatboyu öyrənin, bugün aldığınız diplomla kifayətlənməyin, hər gün yeni bilgilər əldə edin çünki, 22 yaşınızda aldığınız savadla kifayətlənsəniz, 40 yaşınızda siz uğurlu bir iş adamı ola bilməzsiniz, biz belə edirik, yalnız bu cür uğur qazanmaq mümkündür.
      Anadolu Universitetinin Rektoru Prof.Dr. Naci Gündoğan da qonaqları salamlayaraq Türkiyədən, Eskişehirden hər kəsə salam gətirdiyini bildirib. Rektor öz çıxışında: ” Mən də Universitetim adına  belə bir auditoriyaya xitab etdiyim üçün ayrı bir həyəcan və xöşbəxtlik hiss edirəm. Anadolu Universiteti bilirsiniz ki,  bir ailədir və Azərbaycan da bu ailənin bir üzvüdür, bildiyiniz kimi, bütün dünya üzrə iki milyonu aşan tələbə sayımız var və Azərbaycanda olan tələbələrimiz mövcud olan  tələbələrimizin mində biridir, lakin  biz olaylara sayısal olaraq deyil, keyfiyyət olaraq baxırıq və Azərbaycanda olan tələbələrimizə xidmət göstərməkdən qürur duyuruq çünki, onların gözlərindəki həyəcanı, xöşbəxtliyi hiss edirik. Anadolu Universitetinin yarandığı gündən etibarən təməl hədəfi harda türk varsa, biz Anadolu Universiteti olaraq orda olacağıq, təhsil verəcəyik, oradakı türklərə qucaq açacağıq. Rektor Prof.Dr. Naci Gündoğan qeyd etmişdir ki, Azərbaycan və Türkiyə dövlətləri arasında bir körpü quran təhsil ocağı olaraq,  Ulu Öndər Heydər Əliyevin də söylədiyi kimi,  “Bir Millət, İki Dövlət” prinsiplərini həyata keçirdirik.
       Türkiyə Cumhuriyyətinin Azərbaycandakı Səfiri  Cənab İsmayıl Alper Coşkun  öz çıxışı zamanı vurğulayıb  ki, insan həyatının ən gözəl anları tələbəlik illəridir, mən də bugün sizlərlə eyni həyəcanı yaşadım. Sizə verilən bu fürsətdən, zamanınızı düzgün istifadə edərək dəyərləndirin. Türkiyənin  Anadolu Universitetinin  bu layihəsi  Azərbaycandakı tələbələrə yüksək keyfiyyətli tədris  proqramı keçərək, onların gələcək həyatında  bir addım daha öndə olmaqlarına dəstək olmaqdadır. Səfir Cənab Alper Coşkun  məzunları, tərifnamə alan tələbələri və valideynlərini təbrik etmişdir.
      Tədbirdə məzunlar və onların valideynləri də çıxış etmişlər. Valideynlərdən Leyla Xasıyeva öz sevincini səhnədə bölüşmək üçün səhnəyə dəvət edildi və öz çıxışı zaman vurğuladı ki, “mənim iki övladım- biri Anadolu Universitetini  yüksək nəticə ilə bitirərək keçən il məzun oldu, digəri isə bu il məzun olma ərəfəsindədir. Bir valideyn kimi  həyəcan və qürur hissi yaşayıram. Leyla Xasıyeva, hörmətli Səfir Cənab Alper Coşkuna, Rektor Prof.Dr. Naci Gündoğana, Koordinator Azər Hətəmova, ATİB-in Sədri Cemal Yangına  gənclər üçün yaratdıqları  hərtərəfli şəraitə görə öz dərin minnətdarlığını bildirmişdir.”
      Valideyn Zərəngiz Mənsurova da öz fikirlərini bölüşərək söylədi ki, övladlarının Anadolu Universitetində təhsil almasından qürur hissi yaşayır, gənclərin sevincinə şahid olduğu üçün qürur hissi yaşadığını bildirdi.Sonra da, Çanakkale poemasından bir neçə parça oxumuşdur.
      Məzunlardan Emin Xəlilov məzunların adından çıxış edərək, öz fikirlərini bölüşmüş, onların bu uğuru qazanmalarında hər kəsə təşəkkür etmişdir.
      Tələbələrdən Çinarə Mustafayeva çıxış edərək, məzunların həyəcanına, sevincinə şərik olduğunu  bildirərək, tələbələr üçün yaradılmış təhsil fürsəti üçün,  Azərbaycan Proqramları layihəsində əməyi keçən hər kəsə minnətdarlıq etmişdir.
      Tədbirin sonunda məzunlara  diplomlar, tələbələrə isə tərifnamələr rəsmi nümayəndələr tərəfindən təqdim edilmişdir.Tədbir konsert proqramı ilə yekunlaşmışdır.

Rəylər:

No comments available.