15 sentyabr - Azərbaycanda "Bilik Günü"dür.

Tarih: 
15/09/2017 - 17:15

15 sentyabr - Azərbaycanda "Bilik Günü"dür.
Prezident İlham Əliyevin ölkənin təhsil müəssisələrində təlimin keyfiyyətinin yüksəldilməsi və ümumilikdə təhsil sisteminin təkmilləşdirilməsi məqsədilə 21 avqust 2004-cü ildə imzaladığı fərmana əsasən ölkənin bütün təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlanır və 15 sentyabr ölkəmizdə "Bilik Günü" elan edilir. 15 sentyabr ilk öncə şagirdlər,tələbələr,müəllimlər və təlim-tədris sahəsində çalışan hər kəs üçün yeni tədris ilinin başlandığını qeyd etdikləri bayram günüdür. Adəti üzrə bu gün, məktəblərdə dərs ilinin başlanmasına həsr olnumuş təntənəli mərasimlər keçirilir.
15 sentyabr ölkəmizdə yeni tədris ilinin başlanması münasibətilə Anadolu Universiteti Azərbaycan Proqramları olaraq təhsil sahəsində olan hər kəsin “Bilik Günü”nü təbrik edirik !

Rəylər:

No comments available.