17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür
1988-ci il noyabrın 17-də Bakıda, hazırkı “Azadlıq” meydanında Azərbaycanın suverenliyinin pozulmasına etinasızlıq göstərdiyinə görə respublika və keçmiş SSRİ hökumətlərinə qarşı etiraz əlaməti olaraq fasiləsiz mitinq başlamışdır. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və ölkənin istiqlaliyyət qazanmasında əsas amillərdən biri sayılır.
1992-ci ildən başlayaraq 17 noyabr Azərbaycanda Milli Dirçəliş Günü kimi qeyd olunmağa başlamışdır.
Anadolu Universiteti Azərbaycan Proqramları olaraq Milli Dirçəliş Günü münasibətilə həmvətənlərimizi təbrik edir, vətənimizin müstəqilliyinin əbədi olmasını arzulayırıq!
Rəylər: