25 yanvar 2011-cu il tarixində "BƏM"-də Anadolu Universiteti "Azərbaycan Proqramları" üzrə yeni tədris ilinin başlanması və tələbə biletlərinin verilməsi münasibətilə təntənəli tədbir keçirilmişdir.

Tarih: 
25/01/2011 - 16:45

   25 yanvar 2011-cu il tarixində Bakı Əyləncə Mərkəzində Türkiyə Cümhuriyyətinin “Modern Anadolu Eğitim ve Turizm Hizmetleri Sanayi, Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin təşkilatı dəstəyi ilə , Anadolu Universitetinin Azərbaycan Proqramları üzrə yeni tədris ilinin başlanması və tələbə  biletlərinin verilməsi münasibətilə təntənəli tədbir keçirilmişdir.
           Tədbirdə Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Hulusi Kılıç, Elçi müstəşarı cənab N.Kaya Baqqalbaşı , 3-cü katib xanım Bahar  Doğan , Ticaret baş müşaviri cənab Qazi Bilgin, Eğitim müşaviri cənab Halis Koyuncuoğlu , Çalışma və Sosyal Güvenlik müşaviri cənab Mustafa Gür, Emniyyet müşaviri cənab İsmayıl Çalışkan, Planlama müşaviri cənab Ferruh Tığlı, Səfirin  köməkçisi xanım  Günay Cəfərova, Anadolu Universitetinin Beynəlxalq məsələlər üzrə prorektoru Prof. Dr. Hasan Mandal, Anadolu Universitetinin "İktisad"  fakültəsinin  Dekanı Prof. Dr Rıdvan Karluku, Anadolu Universitetinin "İşletme" fakültəsinin  Dekanı Prof. Dr. Necdət Timur, Azərbaycan Türkiyə İş Adamları Birliyi İdarə heyətinin sədri xanım Fatimə Aslan, Azərbaycan Türkiyə İş Adamları Birliyi  İdarə heyəti sədrinin 1-ci yardımçısı cənab Cemal Yangın, bir qrup valideynlər və  1-ci kurs tələbələri iştirak edirdilər.
       Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin dövlət himnlərinin səslənməsilə başlandı.
       Sonra Anadolu Universitetinin Azərbaycanda distant təhsil layihəsinin Türkiyə Cümhuriyyətinin Azərbaycan  Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri, cənab Hülusi Kılıçın  dəstəyi ilə uğurla həyata keçirildiyi bildirilərək , Anadolu Universitetinin qısa  tanıtım çarxı və Anadolu Universitetinin rektoru  Prof. Dr. Davut Aydının Universitetin  Azərbaycandakı tələbələrinə müraciəti nümayiş olundu. (Rektor Prof.Dr . Davut Aydın öz müraciətində  yeni tədris ilinin başlanması  münasibətilə tələbələri təbrik etdi və müraciətini “bizdən dəstək,sizdən oxumaq”  sözlərilə bildirdi) 
 
Çıxışlar:
        1. Anadolu Universitetinin Beynəlxalq məsələlər üzrə prorektoru Prof. Dr. Hasan Mandal  öz çıxışında Anadolu universiteti haqqında ətraflı məlumat verərək, Universitet rəhbərliyi tərəfindən Azərbaycan Proqramlarına xüsusi önəm verildiyini bildirdi. Sonda Prof.Dr. Hasan Mandal tələbələri təbrik etdi, onlara uğurlar arzuladı.  
        2. Azərbaycan Türkiyə İş Adamları Birliyi İdarə heyəti sədrinin 1-ci yardımçısı cənab Cemal Yangın çıxışında Türkiyə Cümhuriyyətinin Azərbaycan  Respublikasındakı  Fövqəladə və Səlahiyyətli  Səfiri cənab Hulusi Kılıcın  dəstəyi  ilə gerçəkləşən bu layihəyə  ATİB-in də  ilk gündən dəstək olduğu barədə məlumat verərək, ATİB səlahiyyətlisi olaraq bundan sonra da təmsil etdiyi birliyin imkanları daxilində bu layihəyə  hərtərəfli dəstək verəcəyini, yuxarı kurs tələbələrinin öz ixtisasları üzrə istehsalat praktikalarında iştirakına, məzunların türk şirkətlərində  işlə təmin olunmalarına  mümkün köməklik göstəriləcəyini qeyd etdi.Sonda cənab C.Yangın  tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi.
      3. Valideyn, Milli Elmlər Akademyasının şöbə  müdiri Professor Vaqif   Arzumanlı öz çıxışında tarixi köklərə söykənən Azərbaycan-Türkiyə dostluq münasibətləri haqqında geniş məlumat verərək, Azərbaycan gəncləri üçün yaradılmış  bu imkanlara görə Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri, cənab Hülusi Kılıca, ATİB rəhbərliyinə , “Modern Anadolu Eğitim ve Turizm Hizmetleri Sanayi, Ticaret Limited” şirkətinə və şirkətin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəbərliyinə  valideynlər adından öz dərin  təşəkkürlərini bildirdi.
     4. Valideyn, Reyhan Sultan da çıxışında bu layihənin gerçəkləşdirilməsi və həyata keçirilməsinə görə  valideynlər adından Türkiyə Cümhuriyyətinin Azərbaycanda Fövqəladə və Səlahiyyətli Səfiri, cənab Hulusi Kılıça, Anadolu Universitetinin rektorluğuna, ATİB rəhbərliyinə, öz dərin  təşəkkürlərini bildirdi.
     5. Tələbə, Natiq Məmmədov çıxışında Anadolu Universiteti kimi nüfuzlu  bir  təhsil ocağının tələbəsi olmaqdan böyük qürur duyduğunu, yaradılmış şəraitə görə layihəyə dəstək olan hərkəsə minnətdar olduğunu bildirdi. N.Məmmədov çıxışının sonunda qeyd etdi ki,  biz tələbələr  bu imkanlardan maksimum  yararlanaraq yüksək bilik almağa çalışacağıq.
     6.  Türkiyə Cümhuriyyətinin Azərbaycan  Respublikasındakı  Fövqəladə və  Səlahiyyətli   Səfiri, cənab Hulusi Kılıç dərin məzmunlu çıxışında Azərbaycan-­Türkiyə dostluq münasibətlərinin bütün sahələr üzrə ən yüksək səviyyədə olduğunu və  gündən-günə daha da inkişaf etdiyini qeyd edərək, bu münasibətləri heç kimin poza bilməyəcəyini bildirdi. Cənab Səfir qeyd etdi ki, dünyanın 3-cü böyük Universitetinin təhsilinin  Azərbaycana gətirilməsi  layihəsinin  gerçəkləşməsinə dəstək vermiş və bu dəstəyini sonadək davam etdirmək niyyətindədir. Öz çıxışında təhsili hər bir millətin günəşinə bənzədən cənab Səfir, tələbələrə ulu öndərlərin   “ Təhsil millətin gələcəyidir”, “ Təhsil milləti qaranlıqdan aydınlığa çıxardır”  deyimlərini  unutmamağı,  elmi biliklərə sahib olmaq üçün çalışmalarının vacib olduğunu tövsiyə etdi. Çıxışının sonunda cənab səfir, yeni tədris ilinin başlanması münasibətilə bütün tələbələri təbrik etdi, onlara uğurlar arzuladı və  gələcəkdə  Anadolu Universitetinin Azərbaycan Proqramları layihəsinin daha da inkişaf etdirilməsinə  hərtərəfli  dəstək göstərəcəyini qeyd etdi.
       Sonra qəbul imtahanlarında ən yüksək göstərici əldə edən tələbələrə  Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Hulusi Kılıç, Anadolu Universitetinin prorektoru Prof.Dr. Hasan Mandal, ATİB İdarə Heyətinin sədri xanım Fatimə  Aslan və səfirliyin nümayəndə heyəti tərəfindən tələbə biletləri təqdim olundu.
        Sonra tədbirin bədii hissəsinə başlandı,
     -Tələbələr Gülsüm Məcidova və Nicat Kazımov "Bir millət  iki dövlət"  mahnısını ifa etdilər.
      -Tələbə  Nargilə Bağırova Azərbaycan-Türkiyə dostluğuna həsr etdiyi öz şeirini söylədi.                                                  
      ­-Tələbələr Anadolu Universitetinin “Tələbə marşı”nı  ifa etdilər.
 
#Anadolu#AnadoluUniversiteti#AzərbaycanProqramları#AzerbaycanProgramlari#azerbaycan#azərbaycan#azerbaijan#distant#qəbuldavamedir#qebuldavamedir#attestatlaqebul#attestatlaqəbul#attestatlaqəbul#xaricdetehsil#xaricdətəhsil#türkiyədətəhsil#eğitim#tehsil#təhsil#distant
      Tədbirin yekununda qonaqlar və tələbələr Türkiyə Cümhuriyyətinin  Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri, cənab  Hulusi Kılıçla xatirə şəkli çəkdirdilər.

Rəylər:

No comments available.