29 Oktyabr Türkiyə Cümhuriyyəti Günüdür

Tarih: 
29/10/2021 - 10:00

Atəşfəşanlıq və sevinclə dünyaya elan edilən Türkiyə Cümhuriyyəti 29 oktyabr 1923-cü ildə quruldu.

 
Osmanlı İmperatorluğunun Birinci Dünya Müharibəsində məğlub olması və torpaqların qalib dövlətlər arasında yağmalanması keçən əsrin əvvəllərində ölkəni böyük ümidsizlikliyə boğmuşdu. Amma Qərbin heç gözləmədiyi bir halda ortaya Qazi Mustafa Kamal Atatürk kimi bir qəhrəman sərkərdə çıxdı və milli gücləri öz baş komandanlığında birləşdirərək Qurtuluş Savaşına başladı.

 
“Əhalisi əsasən türklərdən ibarət bölgələr türk sərhədi olaraq da qalmalıdır” fikrindən yola çıxan mübarizlərin 30 avqust 1922-ci ildə Meydan Savaşını qazanması nəticəsində işğalçı güclər indiki Türkiyə torpaqlarından geri çəkilməyə məcbur oldu. İstanbulun qurtuluşundan sonra isə Lozanna sülh müqaviləsi imzalandı: Osmanlı İmperatorluğu tarix səhnəsindən silindi, yerində yeni dövlət - Türkiyə adlı respublika quruldu.

 
29 oktyabr 1923-cü ilə qədər sürən danışıqlardan sonra Cümhuriyyətin yaranması və Ankaranın paytaxt olması bütün dünyaya elan edildi.

 
Bu gözəl bayram günü Türkiyə Cümhuriyyətini quran milli mübarizə qəhrəmanlarını başda öndər Qazi Mustafa Kamal Atatürk olmaqla hörmət və rəhmətlə xatırlayır, Türkiyəni sevən, onun sevincini öz sevinci, kədərini öz kədəri bilən hər kəsi təbrik edirik.
 
 
 
#Anadolu #Azərbaycan #Azerbaycan #AzərbaycanProqramları #Azerbaijan #Türkiyə #29ekim #29oktyabr #Cumhuriyet

Rəylər:

No comments available.