8 Mart Beynəlxalq Qadınlar Günüdür.
Bu gün 8 Mart Beynəlxalq Qadınlar Günüdür!
8 Mart tarixinin bayram kimi qeyd edilməsi 1910-cu ildə sosialist qadınların 2-ci Beynəlxalq konfransında (Kopenhagen) Klara Setkinin təklifi ilə qərara alınmışdır. Bu bayram İlk dəfə Almaniya, Avstriya, İsveçrə və Danimarkada keçirilmişdir. 8 Mart bayramı hər il Azərbaycanda da təntənəli şəkildə qeyd edilir. Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışdır. 1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub. Hər il bayram günü ərəfəsində dövlət başçısı 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verir, digər bir qrupunu isə orden və ya medallarla təltif edir.
Əziz xanımlar biz də, Anadolu Universiteti Azərbaycan Proqramları olaraq sizləri 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə təbrik edir, sevgi dolu günlər arzu edirik!
Rəylər: