Ali Təhsil artıq hər kəs üçün əlçatandır.

Tarih: 
14/04/2018 - 18:30

      Türkiyənin Anadolu Dövlət Universiteti sayəsində ALİ TƏHSİL artıq hər kəs üçün əlçatandır.

     Distant təhsil sahəsində 36 ildən çox təcrübəsi olan Anadolu Universiteti tələbələrin bu yolla ali təhsil almaları üçün müasir dövrün tələblərinə cavab verən qlobal tədris sistemi qurmuşdur. Anadolu Universitetində distant təhsil alan və fərdi qaydada hazırlaşan tələbələr üçün universitetin rəsmi internet səhifəsində https://www.anadolu.edu.tr  tələbə girişi bölümü yer alır.  Azərbaycandan da distant formada ali təhsil alanlar üçün bu səhifədə şərti olaraq Azərbaycan Proqramları adı altında ayrıca portal yer almışdır.  

    Yaradılmış imkanlar sayəsində hər bir  tələbə öz tələbə biletinin nömrəsi və ona verilmiş xüsusi şifrə ilə  Anadolum “e-kampüs” portalına daxil olaraq təhsil aldığı tədris proqramı üzrə  dərs vəsaitlərini əldə edir, eyni qaydada dərs kreditlərini, semestr-imtahan nəticələrini izləyə bilir. Anadolu Universiteti distant formada ali təhsil alan tələbələri üçün internet üzərindən Anadolum “e-kampüs”portalına daxil olaraq, dərs kitabı (pdf), “canlı e-seminar”, “unite özeti”, “sorularla öğrenelim”, “ çözümlü sorular”, “yaprak test”, “çıkmış sınav soruları” və.s çeşidli dərs  vəsaitləri tələbənin istifadəsinə verilmişdir. 

     Həmçinin Azərbaycandakı tələbələrin bütün ixtisaslara aid həm elektron formatda, həm də kağız formatında kitablardan  istifadə etmək imkanları da mövcuddur.  Eləcə də, həftənin 5 günü olmaqla Eskişehir`dən Anadolu Universitetinin professor-müəllim heyəti tərəfindən canlı videokonfrans vasitəsilə interaktiv dərslər keçirilir. Bununla yanaşı Anadolu Universiteti öz “TRT Okul” televiziya kanalı vasitəsilə açıq dərs və elmi-tədris proqramları ilə tələbələrin daha yaxşı təhsil almaları üçün əlavə dəstək xidmətləri verir. Hal-hazırda Anadolu Universiteti “Azərbaycan Proqramları”nın  http://www.anadolu.edu.az  adı altında rəsmi web saytı da fəaliyyət göstərməkdədir. Bu saytdan tələbələr təhsilləri ilə əlaqədar lazımi informasiyanı və video-konfrans dərslərinin videolarını əldə etmək imkanlarına malikdirlər.

     Ünvan: Bakı şəhəri, 8-mkr., İbrahimpaşa Dadaşov küçəsi 74V (Azadlıq metrosunun yaxınlığı).

      Tel: (012) 563 20 20, (012) 563 09 09

      Mob: (070) 892 07 07

 

Rəylər:

No comments available.