Anadolu Dövlət Universitetinin məzunu olmağımı böyük şans hesab edirəm

Tarih: 
03/12/2023 - 12:15

Mən Fərəh Quliyeva,

Anadolu Universitetindən “Biznesin təşkili və idarə edilməsi” (“İşletme”) ixtisasından 2021-ci ildə məzun olmuşam.
Mənə görə təhsil hər bir insanın həyatında önəmli yer tutduğu üçün düzgün seçim etmək də əsasdır. Bu anlamda həm təhsil , həm də universitet seçimi baxımından düzgün seçim etdiyimi düşünür, dünyanın qabaqcıl universitetlərindən olan Anadolu Dövlət Universitetinin məzunu olmağımı böyük şans hesab edirəm.
Bu Universiteti, bu təhsil formasını seçməyimin təhsil həyatıma olduğu qədər, karyera həyatıma da təsiri olmuşdur.  Çünki distant təhsil tələbələr üçün zamana qənaət, karyera yoluna daha tez qədəm qoymaq, müstəqil təhsil ala bilmək qabiliyyətini aşılamaq və digər işlərimizin asanlaşmasına yardım edir.
Fürsətdən istifadə edərək yeni tələbə adını qazanan bütün gəncləri təbrik edir, onlara təhsil həyatında uğurlar arzulayır və məzun adının verdiyi qüruru onların da yaşamasını diləyirəm.
 
#Anadolu #AnadoluUniversiteti #AzərbaycanProqramları #AzerbaycanProgramlari #abituriyent #abituriyentqebulu #abituriyentqəbulu #distant #qəbuldavamedir#qebuldavamedir #attestatlaqebul #attestatlaqəbul #attestatlaqəbul #xaricdetehsil #xaricdətəhsil #türkiyədətəhsil #eğitim #tehsil #təhsil #distant #mezun #məzun

Rəylər:

No comments available.