Anadolu Dövlət Universitetinin rektoru Prof.Dr.Fuat Erdalın Bakı ziyarəti

Tarih: 
26/01/2022 - 17:45

26 yanvar 2022-ci il tarixindəTürkiyənin Anadolu Dövlət Universitetinin rektoru Prof.Dr.Fuat Erdalın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana  rəsmi səfəri başladı.
Səfərin ilk günü Türkiyənin Anadolu Dövlət Universiteti rektoru Prof.Dr.Fuat Erdal ,Universitetin prorektorları Prof.Dr. İbrahim Kaya, Prof.Dr. Ali Resül Usul ,Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) İH sədri Cemal Yangın və Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov Bakı Türk Şəhidliyi abidəsini ziyarət etdilər. Azərbaycanın ərazi bütövlüyü və Bakının azad edilməsi uğrunda həlak olmuş Qafqaz İslam Ordusu döyüşçülərinin xatirəsini  dərin hörmət və ehtiramla anaraq, məzarları üstünə qərənfillər düzdülər.
Daha sonra, Şəhidlər Xiyabanını ziyarət edən nümayəndə heyəti, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdilər ,şəhidlərin məzarları önünə qərənfil düzərək, şəhidlərin xatirəsini ehtiramla andılar.
Nümayəndə heyəti daha sonra Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarlarını ziyarət etdilər, onların xatirələri dərin hörmət və ehtiramla yad edildi, məzarları önünə güllər qoyuldu.
 
 
#Anadolu
#AnadoluUniveristeti
#Ziyarət
#TürkŞəhidliyi
#TurkŞehidliyi
#ŞəhidlərXiyabanı
#ŞehidlerXiyabani
#FexriXiyaban
 
 

Rəylər:

No comments available.