Anadolu Universiteti Azərbaycan Proqramları “BYF EduExpo 2022” Sərgisində
Anadolu Dövlət Universitetinin baş sponsorluğu,Elm və Təhsil Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyası (KOBSKA) və “Xəzər” Media Mərkəzinin birgə təşkilatçılığı ilə”JW Marriott Absheron” otel kompleksində”BYF EduExpo 2022 sərgi yarmarkası” keçirildi.
“Gələcəyini inşa et!” devizi ilə təşkil olunmuş sərginin məqsədi təhsil sektorunda xidmət göstərən KOB subyektlərinin tanıdılması, əməkdaşlıq imkanlarının genişləndirilməsi və bizneslərinin inkişafına dəstək olmaqdır. 50-yə yaxın şirkətin iştirak etdiyi sərgi çərçivəsində ziyarətçilər xarici dil kursları və imtahan mərkəzləri, psixoloji testlər və xidmətlər, yerli və beynəlxalq özəl məktəblərin proqramları, aparıcı ali təhsil müəssisələrinə müraciət və qəbul prosesi, təhsil və xidmət haqqı və digər məsələlərlə bağlı məlumat almaq imkanı əldə etdilər.
30 sentyabrda başlayan və 2 oktyabra qədər davam edən sərginin açılış tədbirində Elm və təhsil naziri Emin Əmrullayev, Prezident Administrasiyasının sektor müdiri Vüsal Quliyev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Xəzər Tv-nin baş direktoru Murad Dadaşov, Anadolu Universitetinin rektoru Prof.Dr. Fuad Erdal və digər rəsmi şəxslər çıxış etdilər.
Anadolu Universitetinin rektoru Prof. Dr. Fuat Erdal çıxış nitqində qeyd etdi ki, Anadolu Universiteti distant təhsil sahəsində 40 ildən artıq təcrübəsi ilə dünyanın 39 ölkəsində fəaliyyət göstərən, beynəlxalq diplomlara sahib olan dövlət universitetidir. 2009-cu ildən başlayaraq Türkiyənin Xarici İşlər Nazirliyi və Ali Təhsil Şurasının müvafiq qərarları əsasında qardaş Azərbaycandakı Türkiyə və Azərbaycan vətəndaşları,eləcə də digər ölkə vətəndaşı olan tələbələrinə təhsil xidmətləri göstərir. Rektor Fuat Erdal həmçinin qeyd etdi ki, Anadolu Universiteti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə əməkdaşlıq çərçivəsində birgə distant təhsil layihələri həyata keçirir.
Açılış tədbirinindən sonra Azərbaycan Respublikasının Elm və təhsil naziri Emin Əmrullayev, Türkiyənin Azərbaycandakı səfiri Dos. Dr. Cahit Bağcı və Anadolu Universitetinin rektoru Prof. Dr. Fuat Erdal stendlərlə tanış oldular və məlumat aldılar.
Anadolu Dövlət Universitetini təmsil edən Anadolu Universiteti Azərbaycan Proqramlarının heyəti sərginin davam etdiyi 3 gün müddətində stendimizi ziyarət edən 3 min nəfərə yaxın valideyn və abituriyentə Anadolu Universiteti və Universitetin mövcud təhsil sistemi,imkanları barədə ətraflı məlumat verdilər.
#Anadolu #AnadoluUniversiteti #AnadoluÜniversitesi #AzerbaycanProqramlari #AzərbaycanProqramları #BYF #KOBSKA #KOBİA #EduExpo #BYFEduExpo2022 #EminƏmrullayev #VüsalQuliyev #OrxanMəmmədov #MuradDadaşov #FuadErdal #tehsil #təhsil #sergi #sərgi
Rəylər: