Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov Anadolu Universiteti Qərbi Avropa Proqramları bürosunun qonağı olmuşdur.

Tarih: 
20/10/2016 - 15:00

          Anadolu Universitetinin Almaniyada “30.yıl Mezuniyyet Töreni”nde iştirak etmək üçün Almaniyada işgüzar səfərdə olan Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov Anadolu Universiteti Qərbi Avropa Proqramları bürosunun qonağı olmuşdur.
          Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov Qərbi Avropa Proqramları Koordinatoru Yrd. Doç. Dr. Ahmet Atilla Doğanın rəhbərliyi ilə Qərbi Avropa Proqramları şöbəsinin əməkdaşları Selahatdin Tarhan, Serap Kurt və digər əməkdaşları ilə bir araya gələrək, təcrübə mübadiləsi aparmışlar. Sonra Azərbaycan Proqramları koordinatoru Azərbaycanın tarixini nişanə edən “Qız qalası” simvollu hədiyyəni Azərbaycan Proqramları adından Anadolu Universiteti Qərbi Avropa Proqramları koordinatoru Yrd. Doç. Dr. Ahmet Atilla Doğana təqdim etmiş və bildirmişdir ki, “Qərbi Avropa Proqramları şöbəsinin heyəti ilə tanış olmaqdan və onların 20-dən çox ölkədəki tələbələrə yüksək səviyyəli ali təhsil xidmətləri göstərmələrindən məmnunluq hissi keçirir”.  Qərbi Avropa Proqramları Koordinatoru Yrd. Doç. Dr. Ahmet Atilla Doğan: ‘İki devlet, bir milletin aynı gaye için çalışan neferleriyiz. Azer Bey Türkiye dendiğinde ne kadar heyecan duyuyorsa, Atilla Bey’de Azerbaycan denildiğinde o kadar heyecan ve coşku duymaktadır. Batı Avrupa Bürosuna hoşgeldiniz. Hediyenizi büromuzun en nadide köşesinde sergilemek ve muhafaza edilmek üzere teslim alıyorum” söyləyərək, öz təşəkkürünü bildirmişdir. Onu da qeyd edək ki, Anadolu Universiteti Qərbi Avropa Proqramları 1986-cı ildə Almaniyanın Köln şəhərində yaradılmış və Kosova, Makedoniya, Bolqarıstan, İtaliya, Fransa, İngiltərə və b. Avropa ölkələrində yaşayan tələbələrə ali təhsil xidmətləri göstərilməsində mərkəz rolunu oynayır. Şöbənin Koordinatoru hörmətli Yrd. Doç. Dr Ahmet Atilla Doğan uzun illərdir ki, bu şöbəyə uğurla rəhbərlik etməkdədir.
          Azər Hətəmov həmçinin səfəri çərçivəsində Almaniya və digər Avropa ölkələrinin təhsil mühiti ilə də tanış olmuşdur.

Rəylər:

No comments available.