Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov bir qrup məzunlara öz kitabını hədiyyə etmişdir
01.07.2017 tarixində Anadolu Universiteti Azərbaycan Proqramlarının Koordinatoru Azər Hətəmov ilə Türkiyədə keçirilən “Məzun Günü” tədbirində iştirak edən bir qrup ictimai fəal məzunların görüşü keçirilmişdir.
Koordinator görüşdə iştirak edən Gülər Qasımlı, Sona Salmanlı və Günel Həsənova ilə Azərbaycan tarixində rol oynayan şəxsiyyətlərdən, milli məfkurənin aşılanmasından və ən əsası Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq ideologiyasından geniş söhbətlər etmiş, gənclərin dünyagörüşünün formalaşmasında digər mühüm məqamlara toxunmaqla da geniş müzakirələr aparılmışdır.
Səmimi şəraitdə çay süfrəsi ətrafında davam edən söhbətdən sonra Azər Hətəmov gələcəyinə böyük ümid bəslədiyi gənclərə özünün də müəllifi olduğu “Multikulturalizm... fəlsəfi lüğət” kitabını hədiyyə etmişdir. 2017-ci ilin iyun ayında nəşr edilən kitabda Azərbaycanın 2016-cı ildə “Multikulturalizm ili” elan edilməsinin, Azərbaycan xalqının tolerant ölkə olmasının önəmi vurğulanmışdır. Onu da qeyd edək ki, Azər Hətəmovun müəllifi olduğu sayca ikinci olaraq çap olunan bu kitab, Türkiyə və Azərbaycan Universitetlərinin elmi şuralarının qərarlarına əsasən həm dərs vəsaiti, həm də multikultural ideyalara hörmətlə yanaşanlar, alimlər və gənclər üçün nəzərdə tutulmuşdur.
Məzunlardan Gülər Qasımlı öz təşəkkürünü – “Hörmətli Azər müəllim, müəllifi olduğunuz kitabı bizə hədiyyə etməklə bizlərə çox böyük sevinc bəxş etdiniz, özüməməxsus kiçik kitabxanamda ən dəyərli kitab olacaq. Biz gənclərin Azərbaycanın multikultural dəyərlərinə yiyələnməsində və bu dəyərlərin güclənməsində, inkişafında məhz bu kitabın böyük rolu olacağına əminəm. Biz gənclərə hər zaman dəyər verib dəstək olduğunuz üçün bütün tələbə və məzunlarımız adından minnətdarıq.” sözləri ilə ifadə etmişdir.
Sona Salmanlı və Günel Həsənova da öz növbəsində Azər Hətəmovun şəxsi imzalı kitab hədiyyəsi üçün öz minnətdarlıqlarını bildirmişlər.
Sonda xatirə şəkilləri çəkilərək bu tarix yaddaşlara həkk edilmişdir.
Rəylər: