Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov Türkiyə Cümhuriyyəti Gəncə Baş Konsulu cənab Orhan Işık`ı ziyarət etmişdir.
20 Avqust 2015-ci il tarixində Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov Türkiyə Cümhuriyyəti Gəncə Baş Konsulu cənab Orhan Işık`la görüşmüşdür. Səmimi şəraitdə keçən görüşdə Azərbaycandan, o cümlədən Gəncə şəhərindən xeyli gəncin Türkiyənin Anadolu Universitetində distant formada təhsil aldıqları və Türkiyə dövlətinin Azərbaycanda yaşayan Türkiyə vətəndaşları ilə yanaşı Azərbaycan vətəndaşları üçün də belə imkan yaratmasının önəmindən bəhs edilmişdir. Həmçinin, T.C. Azərbaycandakı Səfirliyinin və ATİB-in bu layihəyə dəstək göstərməsi də xüsusi vurğulanmışdır. Cənab Baş Konsul Orhan Işık onun tərəfindən də Türkiyənin Anadolu Dövlət Universitetində gənclərin müfəvvəqiyyətlə təhsil almaları üçün lazımı dəstək göstərəcəyini bildirmişdir. Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatorunun Gəncədəki tələbələrlə görüşə gəlmə dəvətini məmnuniyyətlə qəbul edən cənab Baş Konsul bildirmişdir ki, yaxın vaxtlarda Anadolu Universitetində Gəncədən distant formada təhsilalan tələbələrlə görüşə gələcəkdir.
Onu da xatırladaq ki, cənab Baş Konsul Orhan Işık 2014-cü ildə vəzifəsinin icrasına başladığı ilk günlərdə ATİB İ.H-nin sədri Cemal Yangının da iştirakı ilə Anadolu Universiteti Azərbaycan Proqramları tələbələrinə xidmət göstərilən Bakı şəhərindəki binada olmuşdur. O, burada distant formada təhsilalan tələbələr üçün yaradılmış şəraitlə tanış olmaqla yanaşı, Koordinator tərəfindən bu Proqramlar haqqında ətraflı məlumatlandırılmışdır.
Rəylər: