Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru universitetdə distant formada təhsil alan və dərslərində ən uğurlu nəticələr göstərən bir qrup tələbə ilə görüşmüşdür.

Tarih: 
12/05/2015 - 11:45

 
       Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov universitetdə distant formada təhsil alan və dərslərində ən uğurlu nəticələr göstərən bir qrup tələbə ilə görüşmüşdür. Səmimi şəraitdə keçən görüşdə  Anadolu Universiteti və Eskişehir haqqında ətraflı məlumat verilmiş, eləcə də bu il məzun olacaq tələbələrə iş həyatında uğurların qazanma prinsipləri haqqında tövsiyələr verilmişdir. Həmçinin iyun ayında Anadolu Universitetində keçirilməsi nəzərdə tutulan “Məzun tədbiri” (Mezuniyet töreni) barədə də məlumat verilərək bununla əlaqədar ətraflı müzakirələr aparılmışdır.
      Sonda tələbələrlə birgə xatirə şəkili çəkilmişdir.

Rəylər:

No comments available.