Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatorunun Şimali Kipr Türk Respublikasına səfəri

Tarih: 
16/08/2023 - 18:15

Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin üzvü, Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov, ATİB nümayəndə heyətinin tərkibində Şimali Kipr Türk Respublikasında (ŞKTR) işgüzar səfərdə olmuşdur. Nümayəndə heyətini ilk olaraq Şimali Kipr prezident Ersin Tatar qəbul edib. Səmimi şəraitdə keçirilən görüşdə digər sahələrlə yanaşı ŞKTR-nın elm və təhsil müəssisələri ilə də, əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyi qeyd edilmişdir.

Səfər çərçivəsində nümayəndə heyətinin Şimali Kipr Nazirlər Kabineti yanında Kipr Türk İnvestisiya və İnkişaf Agentliyinin direktoru, Baş Nazirin müavinləri, Xarici işlər naziri və digər nazirlərlə səmərəli görüşlər keçirilib.

Daha sonra ATİB nümayəndə heyəti Yaxın Doğu Universitetində olublar və Universitetin İnnovvasiya Mərkəzi tərəfindən istehsal edilən “Günsel”avtomobilləri ilə tanış ediliblər.

Nümayəndə heyəti həmçinin Kipr Türklərinin öndəri Dr.Fazil Küçükün və ŞKTR-nın qurucusu, ilk prezidenti Rauf Raif Denktaşın məzarlarını ziyarət ediblər. Kipr Türklərinin öndərlərinin əziz xatirələri anılıb və məzarları üzərinə tər güllər düzüblər.

#Anadolu #AnadoluUniversiteti #AzərbaycanProqramları #AzerbaycanProgramlari #abituriyent #abituriyentqebulu #abituriyentqəbulu #distant #qəbuldavamedir #qebuldavamedir #attestatlaqebul #attestatlaqəbul #attestatlaqəbul #xaricdetehsil #xaricdətəhsil #türkiyədətəhsil #eğitim #tehsil #təhsil #distant #ATİB #ŞKTR #kipr #koordinator #AzərHətəmov #ErsinTatar
 

Rəylər:

No comments available.