Anadolu Universiteti Azərbaycan Proqramları məzunları "Məzun Günü" coşqu və həyəcanını yaşadılar

Tarih: 
31/05/2017 - 12:45

       Türkiyə Cümhuriyyəti  Eskişehir Anadolu Universitetində  hər il olduğu kimi, bu il də  2016-2017 tədris ili üçün təşkil olunmuş “Məzun Günü”  tədbiri böyük coşqu və izdihamla qeyd edilmişdir. Anadolu Universiteti 2017-ci il “Məzun Günü”  tədbirinə Anadolu Universiteti Rektoru Prof. Dr. Naci Gündoğan, Anadolu Universiteti Prorektorları Prof. Dr. Ali Savaş Koparal,  Prof. Dr. Yücel Güney, Prof. Dr. Aydın Aybar, Prof. Dr. Zafer Asım Kaplancıklı ilə Prof. Dr. Adnan Özcan, Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov, Anadolu Universiteti professor-müəllim heyəti qatılmışdır. "İki Eylül Kampüsü"ndə yerləşən Anadolu Universitetinin qapalı stadionunda  iki gün davam etməklə həyata keçirilən  “Məzun Günü” tədbirində  Türkiyədən əyani və distant təhsil almaqla məzun olan tələbələrlə  yanaşı, eyni zamanda, Anadolu Universitetinin xarici proqramlarından (Azərbaycan, Makedoniya, Albaniya, Kosova, Bolqarıstan, Bosniya və Herseqovina və Qərbi Avropa Proqramlarından: Almaniya- Köln, Stuttgart, Hamburg, Frankfurt, Münih, Berlin;  Fransa – Paris, Avstriya – Vyana, İsveçrə - Bern, Belçika – Brüssel, Hollandiya – Haaqa, ABŞ-Newyork,Səudiyyə Ərəbistan-Ər-Riyad) distant formada təhsil alaraq  məzun olan tələbələr də tədbirdə iştirak edərək “Kep atma” həyəcanını tələbə yoldaşları ilə birlikdə yaşadılar. Türkiyənin və dünyanın dörd bir yanından distant  formada təhsil alan tələbələr, əyani təhsil alan tələbələrdən daha çox həyəcanlı və qürurlu idilər, çünki distant  şəkildə məzun olanlar gənclərdən  təhsil aldığı universiteti ilk dəfə və sadəcə “Məzun Günü” tədbirinə qatılaraq görənlər də var idi. Anadolu Universiteti “Azərbaycan Proqramları”ndan  məzun olan tələbələr də, tədbirin ilk günü “Açıköğretim”, “İktisat” və “İşletme” fakültələrindən məzun olma həyəcanını yaşadılar. Azərbaycan Proqramlarından olan məzunlar stadiona əllərində Azərbaycan və Türkiyənin bayraqlarını dalğalandıraraq daxil olaraq, tədbirdə xüsusi  coşqu və həyəcan yaratmışdırlar.
       Türkiyənin istiqlal marşı səsləndikdən sonra, Anadolu Universiteti Rektoru Prof. Dr. Naci  Gündoğan məzunları təbrik etmək üçün səhnəyə dəvət edildi.Rektor Gündoğan: "Çocuklarınızın daha güzel bir dünyada yaşamaları hayaliyle yıllardır çaba sarf ettiniz. Yaptığınız fedakârlıkların değerini ölçebilmek mümkün değil; ben de bir baba olarak harcadığınız emeğin ne demek olduğunu çok iyi biliyorum. Bizler, Anadolu Üniversitesi’nin bütün mensupları, bu fedakârlıklarınızın bize yüklediği sorumluluğun bilinciyle yıllardır, kendi evlatlarımızdan ayırmadığımız emanetlerinize sahip çıkmak için elimizden geleni yaptık. Bütün imkânlarımızla çocuklarınız için kurduğunuz hayallerin gerçekleşebilmesi, evlatlarınızın Ülkemize faydalı bireyler olarak yetişebilmesi ve onların hayatın zorlu yollarında ilerleyebilmelerini sağlayacak donanımı kazanmaları için çalıştık." ifadələrini istifadə etdi.
     Sonra məzunlara simvolik olaraq diplomlar təqdim edildi və məzunlar Rektor Naci Gündoğanla xatirə şəkili çəkdirərək həmin anları tarixə və yaddaşlara yazdılar.
     Tədbir konsert proqramı ilə davam etdi. Stadiondakı bütün məzunlar keplərini havaya atdıqdan sonra “MəzunGünü” tədbiri yekunlaşmışdır.
 

Rəylər:

No comments available.