Anadolu Universiteti Azərbaycan Proqramlarının 2021-2022 Dərs ilinin Açılış Tədbiri keçirilmişdir

Tarih: 
03/11/2021 - 15:15

3 Noyabr 2021-ci il tarixində Anadolu Dövlət Universiteti Azərbaycan Proqramları üzrə uzaqdan təhsil yolu ilə (uzaktan eğitim) təhsil alan tələbələrin 2021-2022 dərs ili açılış tədbiri keçirilib.
Universitetin Azərbaycandakı tələbələrinə texniki dəstək göstərilən binasında videokonfrans və zoom proqramları üzərindən gerçəkləşən tədbirdə, Türkiyənin Eskişehir şəhərindəki "Anadolu Universiteti studiyası"ndan Anadolu Universitetinin rektoru , Prof. Dr. Fuat Erdal və Universitetin prorektorları, Universitetin "Azərbaycan Proqramları Bakı studiyası"ndan isə Türkiyənin Azərbaycandakı səfiri dosent Cahit Bağçı, səfirliyin diplomatları, Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) İdarə Heyətinin sədri Cemal Yangın, İdarə heyətinin üzvü Azər Hətəmov, İdarə Heyətinin üzvü Rafiq Qarayev, media nümayəndələri, TRT televiziya kanalı və Anadolu Universitetinin Azərbaycandakı bir qrup tələbəsi iştirak etmişdirlər.
Tədbiri giriş sözü ilə açan Azər Hətəmov Eskişehir studiyasında və Bakı studiyasındakı qonaqları salamlamış, Anadolu Universiteti tələbələrini dərs ilinin açılışı münasibəti ilə təbrik etmiş, onlara yeni dərs ilində uğurlar arzulamışdır. Sıx iş qrafikinə baxmayaraq, tədbirə qatıldığı üçün səfir Cahit Bağçıya xüsusi təşəkkürünü bildirən Azər Hətəmov, daha sonra sözü Anadolu Universiteti Rektoru Prof.Dr. Fuat Erdala vermişdir.
Öz növbəsində çıxış edərək, ilk öncə səfiri və tədbir iştirakçılarını salamlayan rektor Fuat Erdal, Azərbaycanın, eləcə də Azərbaycan Proqramlarının Anadolu Universiteti üçün önəmini xüsusilə qeyd etmişdir.2009-cu ildən Azərbaycanda Açıq öyrətim sisteminin tərbiq edildiyini qeyd edən rektor, Azərbaycan Proqramları tələbələrinin sayının ildən-ilə artmasının qürurunu yaşadığını bildirdi. Bu uğura görə də, ATİB İdarə Heyəti sədri Cemal Yangın və Azər Hətəmova, həmçinin bu işdə dəstəyinə görə, səfir Cahit Bağcıya təşəkkür etmişdir.
Qarabağda ən qısa zamanda Açıq Öyrətim İmtahan Mərkəzinin açılacağı  xəbərini öz çıxışında qeyd edən rektor ,həmçinin 44 gün davam edən və qələbə ilə nəticələnən mübarizəyə töhfə vermək anlamında, qarabağlı 44 tələbəmizə təhsil ehtiyaclarının ödənməsində də Universitet olaraq dəstək olunacağını bildirdi.
Bugün Açıq Öyrətim sistemi üzrə təhsil alan tələbələrinin sayının 1 milyon 200 min nəfərə çatdığını qeyd edən rektor, həmçinin Anadolu ailəsinin daha da genişləndiyini, həmçinin Orta Asiyada da yeni şöbələrin açıldığını vurğuladı. Bundan böyük qürur hissi keçirtdiyini bildirən rektor, xarici proqramlarda dəstəyinə görə səfirə, təhsil müşavirlərinə, ATİB-in İdarə Heyətinə bir daha təşəkkür etmiş, 2021-2022 tədris ilinin hər kəsə uğur gətirməsini dilədi.
Daha sonra çıxış edərək hər kəsi salamlayan Türkiyənin Azərbaycandakı səfiri dosent Cahit Bağçı, bu təhsilin önəmindən danışmış, 1 milyon 200 min tələbə sayının məhz bu təhsilin uğuru olduğunu qeyd etmişdir. Bu nailiyyətinə görə də Anadolu Universiteti rəhbərliyinə, Azər Hətəmova və ATİB rəhbərliyinə təşəkkür etmişdir. 44 günlük mübarizəyə töhfə olaraq, 44 tələbəyə dəstək verilməsi addımını yüksək qiymətləndirən səfir, öz növbəsində bu addıma görə də, Anadolu Universitetinə təşəkkür etmiş, yeni tədris ilində bütün tələbələrə uğur diləmişdi.
Daha sonra ATİB İH-nin sədri Cemal Yangın da tədbir iştirakçılarını salamlayaraq, iştirakı üçün səfirə təşəkkür etdi. Öz çıxışında C.Yangın bu layihənin gənclər üçün önəmindən danışmış, öncəki illərdə olduğu kimi bundan sonra da layihənin daha da inkişafı üçün daim kömək və dəstək olmağa hazır olduğunu bildirdi .
Tədbirdən sonra səfir və diplomatik korpusun təmsilçiləri binada tələbələr üçün yaradılmış şəraitlə tanış edildi.
 
https://www.youtube.com/watch?v=M39DwHbKrck
 
#Anadolu  #AnadoluUniversiteti  #AnadoluÜniversitesi  #AzərbaycanProqramları   #AzerbaycanProgramlari   #Eğitim  #Təhsil  #Tədbir  #Tören  #ATİB  #Səfir  #AçıkÖğretim
  
 

Rəylər:

No comments available.