Anadolu Universiteti Azərbaycan Proqramlarının Yeni dərs ilinin açılış tədbiri

Tarih: 
30/09/2022 - 16:45

30 sentyabr 2022-ci il tarixində Nizami Kino Mərkəzində Anadolu Universiteti Azərbaycan Proqramlarının Yeni dərs ilinin açılışı münasibətilə təntənəli tədbiri keçirilmişdir.

Tədbirdə Anadolu Üniversitetinin Rektoru Prof. Dr. Fuat Erdal, Türkiyə Cümhuriyyəti Təhsil Nazirliyinin Azərbaycandakı Təhsil Müşaviri Ali Rıza Altunel, Azərbaycan Türkiyə İşadamları Birliyi (ATİB) Sədri Cemal Yangın, Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov , ATİB İH-nin üzvləri, tələbələr , valideynlər, və bir sıra KİV nümayəndələri iştirak etmişdir.

Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan Anadolu Universiteti Azərbaycan Proqramlarının Koordinatoru Azər Hətəmov qonaqları salamlayaraq bu il tələbə adını qazananları təbrik etmiş, həmçinin bütün tələblərə yeni dərs ilində uğurlar diləmişdir. Koordinator, öz çıxışında distant təhsil, distant təhsilin üstünlüklərindən bəhs edərək, Anadolu Universitetinin Türkiyədə, Azərbaycanda və dünyanın müxtəlif ölkələrdəki fəaliyyəti haqqında ətraflı məlumat vermişdir.

Daha sonra Koordinator Azər Hətəmov sözü Anadolu Universiteti rektoru Prof.Dr. Fuat Erdala vermişdir. Anadolu Universitetinin Azərbaycanda təhsil fəaliyyətlərinin 2009-cu ildən davam etdiyini vurğulayan rektor Fuad Erdal çıxışı zamanı qeyd etdi ki, “COVİD-19 pandemiyası ilə əlaqədar bütün əyani təhsil verən universitetlər pandemiya davam etdiyi vaxtda distant təhsil (məsafədən) təcrübəsindən yararlandılar. Anadolu Universiteti olaraq biz artıq 40 ildir ki “Yaşam boyu eğitim” sloqanı ilə hər yaşdan hər kəsə istədiyi ixtisas üzrə təhsil alma fürsəti yaradırıq. Bugün burda olan tələbələrimizin Universitetimizdə sadəcə təhsil həyatı başlamadı, həm də onlar Anadolu Universiteti kimi böyük bir ailənin üzvi oldular. İnanıram ki, onlar gələcəkdə əldə edəcəkləri hər uğurla bizi qürurlandıracaqlar.” Daha sonra rektor yeni dərs ilinin açılışı ilə əlaqədar tələbələri təbrik etmiş və onlara təhsillərində uğurlar arzulamışdır.

Türkiyə Cümhuriyyəti Təhsil Nazirliyinin Azərbaycandakı Təhsil Müşaviri Ali Rıza Altunel də öz çıxışında Anadolu Universitetinin köklü və böyük bir universitet olduğunu və bu universitetin bayrağı altında olmağın xüsusi bir gözəllik olduğunu söylədi.

Anadolu Universitetinin tərəfdaşı olan ATİB İH-nin sədri Cemal Yangın öz çıxışında "Bir ölkədə bizneslə məşğul olmaq istəyirsinizsə, o ölkədə insan resurslarını gücləndirməlisiniz qeyd etdi. Çünki iqtisadiyyat təhsildən başlayır. Təhsil olmadan heç bir sahədə irəliləyiş mümkün deyildir" dedi. Əmək bazarının yüksək ixtisaslı kadrlara ehtiyacı olduğunu vurğulayan C. Yangın iş adamları olaraq, Anadolu Universiteti Azərbaycan Proqramlarını daim dəstəklədiklərini də qeyd etdi.

Çıxışların ardından Anadolu Üniversitetinin Rektoru Prof. Dr. Fuat Erdal, Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov ,Bakıda fəaliyyət göstərən türk qurumlarının təmsilciləri tələbələrə tələbə biletlərini təqdim etdi.

Öz növbəsində tələbə Əsəd Əhmədov, tələbə Türkan Allahverlinin valideyni Sənani Allahverənli, tələbə Nərmin Cabarovanın valideyni Aytəkin Cabbarova çıxış edərək, bu təhsili Azərbaycana gətirən Anadolu Universitetinə və tələbələrlə Universitet arasında bir körpü quran Anadolu Universiteti Azərbaycan Proqramları rəhbərliyinə yaradılan şəraitə və fürsətlərə görə təşəkkür etdilər.

Tədbir zamanı həm də bir sıra Anadolu Universiteti Azərbaycan Proqramları məzunlarına Anadolu Üniversitetinin Rektoru Prof. Dr. Fuat Erdal, Anadolu Universiteti Azərbaycan Proqramlarının tələbə işləri üzrə müdiri Araz Hətəmzadə tərəfindən diplomları təqdim edildi, hər birinə gələcək fəaliyyətlərində uğurlar arzu edildi.

Tədbir xatirə şəkli çəkdirilməsi ilə başa çatdı. 30 sentyabr 2022-ci il tarixində Nizami Kino Mərkəzində Anadolu Universiteti Azərbaycan Proqramlarının Yeni dərs ilinin açılışı münasibətilə təntənəli tədbiri keçirilmişdir.

Tədbir xatirə şəkli çəkdirilməsi ilə başa çatdı.

#Anadolu #AnadoluUniversiteti  #AnadoluÜniversitesi #AzerbaycanProqramlari #AzərbaycanProqramları #ATİB  #FuadErdal  #tehsil  #təhsil 

Rəylər:

No comments available.