Anadolu Universiteti bizə sadəcə təhsil deyil, həm də özümüzə güvənməyi, qarşımıza məqsəd qoyub hədəflərimizə çatmağı öyrətdi

Tarih: 
08/11/2018 - 12:00

 

Türkiyənin Anadolu Universitetinin İktisat Fakultəsində Azərbaycandan distant təhsil alaraq 2016-cı ildə məzun olmuş Vüsalə Həsənzadə :

“Mən, 2011-ci ildə Anadolu Universitetinin İktisat fakultəsinə qəbul oldum. Yaradılmış imkanlardan yararlanaraq təhsil almağım üçün Türkiyəyə getməyimə ehtiyac qalmadı, beləki mən Türkiyənin dövlət universiteti olan Anadolu Universitetində uzaqdan təhsil yolu ilə öz ölkəmi tərk etmədən təhsil ala bildim. Universitetə qəbul olduqdan sonra və orada təhsil aldığım illərdə dünyagörüşümdə və həyatımda bir çox müsbət dəyişikliklər oldu. Anadolu Universiteti bizə sadəcə təhsil deyil , həm də  özümüzə güvənməyi, qarşımıza məqsəd qoyub hədəflərimizə çatmağı öyrətdi.  İlk başlarda təbiiki dərslərimdə müəyyən çətinliklər yaşadım. Çünki mən orta məktəbi rus dilində bitirmişəm. Lakin buna baxmayaraq  əzmlə dərslərimi çalışmaqla Universitetimizin “Yüksek Onur “, yəni yüksək Tərifnamələrini əldə edərək oxuyan tələbələri sırasına daxil oldum. Universiteti də fərqlənmə diplomu ilə bitirməyə müvəffəq oldum. Hətta 2016-cı ildə Türkiyənin Əskişəhər şəhərində  keçirilən möhtəşəm “Məzun Günü” Tədbirində yüksək kürsüdən çıxış edərək , sevincimi on minlərlə məzun dostlarımla bölüşmək imkanı qazandım. İndi isə ölkəmizdə yetərincə nüfuz qazanmış Kredit Təşkilatında çalışıram. Universitetdə əldə etdiyim biliklər nəticəsində işimdə də çox böyük uğurlar əldə etmişəm.  Bizə bu şəraiti yaratdıqları üçün Anadolu Universitetinə, Anadolu Universiteti Azərbaycan Proqramlarına və ən başda koordinatorumuz Azər müəllim olmaqla, əməyi keçən hər bir şəxsə dərin minnətdarlığımı bildirirəm.”

Dəyərli məzunumuz Vüsalə Həsənzadəyə gözəl fikirləri, sözləri üçün təşəkkür edirik, ona işlərində uğurlar diləyirik.

Anadolu Universiteti olaraq hər zaman siz  və sizin kimi dəyərli digər məzunlarımızla qürur duyuruq. Əminik ki, bacarığınız və çalışqanlığınız sizə daha da böyük uğurlar gətirəcək və bizi  uğurlarınızla daima sevindirəcəksiniz.

 

Rəylər:

No comments available.