Anadolu Universiteti rektoru Prof.Dr. Fuat Erdalı təbrik ziyarəti

Tarih: 
05/08/2020 - 17:45
5 avqust 2020-ci il tarixində Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) İH sədri Cemal Yangın və Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov Anadolu Universiteti rektoru Prof.Dr. Fuat Erdalı ziyarət etmişdirlər. Koordinator Azər Hətəmov və ATİB sədri Cemal Yangın rektor Fuat Erdalı yeni vəzifəyə təyin edilməsi münasibətilə təbrik edərək ona gələcək işlərində uğurlar arzulamışdırlar. Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru və ATİB İH sədri tərəfindən Anadolu Universiteti Azərbaycan Proqramlarının mövcud fəaliyyəti haqqında Prof.Dr. Fuat Erdala məlumat verilmiş və Türkiyə Cumhuriyyətinin Azərbaycandakı bu önəmli təhsil layihəsinin perspektivləri müzakirə olunmuşdur. Səmimi və qarşılıqlı məlumat mübadiləsi şəraitində keçən görüş Universitetin prorektorlarının və rektor müşavirlərinin də iştirakı ilə davam etdirilmişdir.Koordinator Azər Hətəmov rektor Fuat Erdala üzərində ölkəmizə məxsus tarixi abidələrin əks olunduğu hədiyyə təqdim etmişdir.Sonda rektor ziyarətlərindən dolayı onlara öz təşəkkürünü bildirmişdir.
 

Rəylər:

No comments available.