Anadolu Universitetində “Mezuniyet töreni” keçirilmişdir.
Tədbirdə Anadolu Universitetinin rektoru Prof. Dr. Naci Gündoğan, Anadolu Universitetinin prorektorları, Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov, universitetinin professor-müəllim heyəti və Türkiyədən, eləcə də dünyanın müxtəlif ölkələrindən distant təhsil alaraq məzun olan tələbələr iştirak etmişlər.
Tədbirdə əllərində Azərbaycan və Türkiyə bayraqları ilə tribuna qarşısından keçən Azərbaycandan gələn tələbələr, iştirakçılar tərəfindən böyük coşqu və alqışlarla qarşılanmışlar. Azərbaycandakı tələbələr adından Anadolu Universitetinin Menecment (İşletme) fakültəsindən məzun olan Aytən Qarayeva çıxış edərək, dünyanının 3 böyük universiteti arasında yer alan bir universitetdən məzun olduğuna görə qürur duyduğunu bildirmiş və universitet rəhbərliyinə onlara bu imkanı yaratdıqları üçün təşəkkür etmişdir.
Çıxışların ardından tanınmış sənətçilər Bora Üzer və Evrim Özsuca canlı musiqiləri ilə tədbirə xüsusi rövnəq verdilər. Tədbir gününün axşamı isə Türkiyənin məhşur sənətçisi Kıraç öz rəngarəng musiqiləri ilə tədbir iştirakçılarında gözəl ovqat yaratdı.
Sonda, Azərbaycanlı tələbələr tədbiri işıqlandıran Türkiyə televiziya və qəzetlərinin müxbirlərinə müsahibələr vermiş, öz sevinc və həyacanlarını onlarla paylaşmışlar.
Rəylər: