Anadolu Universitetindən 2022-ci ildə məzun olmuş bir qrup tələbələrə diplomları təqdim edildi

Tarih: 
01/09/2022 - 16:15

26.08.2022 tarixində Türkiyənin  Anadolu  Dövlət  Universitetində  Azərbaycanı tərk etmədən, distant formada ali təhsil alaraq “Beynəlxalq Münasibətlər” ("Uluslararası İlişkiler") bölümü üzrə  məzun olmuş Aytac Həsənovaya, “İctimaiyyətlə əlaqələr və Reklam” ("Halka İlişkiler ve Reklam") bölümü üzrə  məzun olmuş Mədinə Axundovaya, “Beynəlxalq Münasibətlər” (Uluslararası İlişkiler) bölümü üzrə  məzun olmuş Ləman Göyüşovaya, “Biznesin Təşkili və İdarə olunması” ("İşletme") bölümü üzrə  məzun olmuş Ramil İlyasova və “İdarəetmə və İnformasiya Sistemləri ” ("Yönetim Bilişim Sistemleri") bölümü üzrə  məzun olmuş Brilyant Əzizovaya diplomları təqdim olunmuşdur. 

Diplomları məzunlara Anadolu Dövlət Universitetinin  Azərbaycan Proqramları nümayəndəsi Araz Hətəmzadə təqdim etmişdir. Araz Hətəmzadə məzunları təbrik etmiş və onlara gələcək iş həyatlarında uğurlar arzulamışdır. 

Məzunlarımız  da öz növbəsində onlar üçün yaradılan imkanlara görə universitetin rəhbərliyinə və əməyi keçən hər kəsə təşəkkürünü bildirmişdilər. 

Diplom təqdimatı çay süfrəsi və  Anadolu Dövlət Universitetinin Azərbaycan Proqramları nümayəndəsi Araz Hətəmzadə ilə xatirə şəkli çəkdirilməsi ilə başa çatdı. 

 

#Anadolu 

#AnadoluUniversiteti 

#Azerbaycan 

#Azərbaycan 

#AzərbaycanProqramları 

#AzerbaycanProgramlari 

#diplom 

#distant 

#attestatlatehsil 

#xaricdetehsil 

#türkiyedetehsil

Rəylər:

No comments available.