Anadolu Universitetinin “Heydər Əliyev Məlumat və Araşdırma Mərkəzi”ndə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Tarih: 
08/05/2015 - 20:00

 Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru Professor Urxan Ələkbərov, Anadolu Universitetinin rektoru Prof. Dr. Naci Gündoğan, DİA-nın şöbə müdiri Rəcəb Rəhimli, Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov, Anadolu Universitetin prorektorları, professor müəllim heyəti, Eskişehir Azərbaycan Dərnəyinin sədri Cavid Aydın, Universitetin əyani şöbəsinin azərbaycanlı tələbələri, Azərbaycan və Türkiyə Televiziyalarının, eləcə də Türkiyə qəzetlərinin nümayəndələri iştirak etmişlər.
     
      Tədbir ulu öndər Heydər Əliyevin büstünün önünə çiçək çələngləri qoyulmaqla başlandı. Daha sonra Anadolu Universitetinin rektoru Prof. Dr. Naci Gündoğan, DİA-nın rektoru Professor Urxan Ələkbərov öz çıxışlarında Heydər Əliyevin bütün sahələrdə olduğu kimi təhsil sahəsində də böyük işlər gördüyündən, Türkiyə Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsindəki xidmətlərdən bəhs etdilər.
      Həmin gün Anadolu Universiteti rektorluğunun “2009 salonu”nda DİA-nın rektoru Professor Urxan Ələkbərovun Azərbaycandakı davamlı inkişafa həsr olunmuş elmi mühazirəsi dinlənilmişdir. Tədbirdə Anadolu Universiteti rektoru Prof. Dr. Naci Gundoğan, Anadolu Universitetin prorektorları, DİA-nın şöbə müdiri Rəcəb Rəhimli, Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov və Anadolu Universitetinin elmi-tədqiqatçı professor müəllim heyəti iştirak etmişlər. Azərbaycandakı dinamik inkişafı əks etdirən dəyərli elmi mühazirəsinə görə iştirakçılar rektor Professor Urxan Ələkbərova öz təşəkkürlərini bildirmişlər. Tədbirdə həmçinin Anadolu Universiteti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında 2013-cü ildə imzalanmış protokola uyğun olaraq əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair müzakirələr aparılmışdır.

Rəylər:

No comments available.