Anadolu Universitetinin Azərbaycan Proqramları" üzrə nümayəndə heyəti "Xəzər" televiziyasının “Təhsilə Dair” proqramının qonağı oldular.

Tarih: 
13/09/2017 - 18:15

  13 sentyabr 2017-ci il tarixdə  Anadolu Universitetinin  Azərbaycan Proqramları  üzrə nümayəndəsi Araz Hətəmzadə, universitetin Azərbaycan Proqramları  üzrə məsləhətçisi Elbrus Xasiyev, distant təhsil üzrə  ekspert dos. İlham Əhmədov, həmçinin Anadolu Universitetinin distant  təhsilalma forması sayəsində universitetin İşletme ( Menecment ) fakultəsi üzrə paralel təhsil alan tələbəsi Həmid Həsənzadə Xəzər televiziyasında  yayımlanan “Təhsilə Dair” proqramının qonağı olmuşlar. 
    Qonaqlar dünyada distant təhsil və onun mahiyyəti, üstünlükləri və prespektivləri , “smart” təhsil haqqında müzakirələr aparmış və ali təhsil almaq istəyənlərə öz tövsiyyələrini vermişlər. 
   Həmçinin Anadolu Universitetinin Azərbaycan proqramları üzrə nümyanəndəsi Araz Hətəmzadə 2017-2018-ci tədris ili üzrə universitetə  qəbul qaydaları  və şərtləri haqqında ətraflı məlumat vermişdir. 
    Hər iki proqramı tam formada aşağıdakı "Youtube" linkindən izləyə blərsiniz:

Rəylər:

No comments available.