Anadolu Universitetinin rektoru Prof. Dr. Naci Gündoğan Anadolu Universitetində Azərbaycandan distant təhsil alan tələbələrlə görüşmüşdür

Tarih: 
16/12/2014 - 17:30

         Dekabrın 16-da Anadolu Universitetinin rektoru Prof. Dr. Naci Gündoğanın Anadolu Universiteti “Azərbaycan Proqramları” nda  Azərbaycandan distant təhsil alan tələbələrlə keçirdiyi görüş yaddaqalan hadisələrdən biri oldu. Rektoru Anadolu Universiteti tələbələri və qurum əməkdaşları gül-çiçək dəstələri ilə qarşıladılar.
      Sonra Prof. Dr. Naci Gündoğan burada Anadolu Universiteti “Azərbaycan Proqramları” tələbələri üçün yaradılmış şəraitlə yaxından tanış oldu. Anadolu Universitetinin Azərbaycanda əsas tərəfdaş qurumu-Azərbaycan Türkiyə İş Adamları Birliyi İdarə heyətinin sədri Cemal Yangın və Anadolu Universiteti “Azərbaycan Proqramları” nın koordinatoru Azər Hətəmov rektora burada yaradılmış distant təhsil mühiti, göstərilən xidmətlər, qurumun işçi heyətinin səmərəli işi, maddi-texniki bazanın daim genişlənməkdə olması və digər işlər haqqında ətraflı məlumat verdilər.
        Sonra rektor Naci Gündoğan videokonfrans zalında tələbələrlə görüşdü. Prof. Dr. Naci Gündoğan Anadolu Universiteti “Azərbaycan Proqramları” nda təhsil alan tələbələr üçün yaradılmış şəraitdan razı qaldığını bildirdi. O, öz çıxışında tələbələrə geniş dünyagörüşünə malik olmalarını, müstəqil və yaradıcı düşünmələrini, nəzəri və praktik biliklərə yiyələnmələrini, daim öz üzərilərində işləmələrini məsləhət gördü. Daha sonra rektor tələbələri maraqlandıran sualları cavablandırdı.
        Sonda rektor Xatirə kitabına Anadolu Universiteti “Azərbaycan Proqramları” haqqında öz ürək sözlərini yazdı.
 

Rəylər:

No comments available.