Anadolu Universitetinin stendi, YÖK Virtual Sərgisində diqqət mərkəzinə çevrildi

Tarih: 
06/08/2021 - 11:45

"Universitetinizi Kəşf Edin YÖK Virtual Sərgisi 2021" universitet seçimi ərəfəsində abituriyentlərə dəstək olmaq məqsədi ilə bu il ikinci dəfə 3-6 avqust tarixlərində keçirildi. Abituriyentləri və universitetləri rəqəmsal platformada bir araya gətirən Sərgidə Anadolu Universiteti  də öz zəngin proqram kataloqu, kampus və həmçinin təqaüd imkanları haqqında məlumatlandırıcı materialları ilə öz yerini aldı.
Universitetinizi Kəşf Edin YÖK Virtual Sərgisi " nə qatılan 200 ali təhsil müəssisəsindən biri olan Anadolu Universiteti, gələcək tələbələrə onlayn məsləhətçilik xidmətləri göstərərək, abituriyentlərin universitet və Eskişehirlə bağlı suallarını cavablandırdı. Suallarını səsli və görüntülü zəng edərək çatdıran abituriyentlərə yeni açılan şöbələr haqqında da məlumat verildi. Mövcud ixtisaslar, proqramlar, xarici ölkələrlə əlaqələr, kampus və şəhər imkanları, tələbə klubları, cəmiyyətlər, və s. imkanları haqqında məlumatlar verilən Sərgidə Anadolu Universiteti stendi abituriyentlərin diqqət mərkəzinə çevrildi.
 
http://egazete.anadolu.edu.tr/kampus/40185/anadolu-universitesi-yok-sanal-fuarinda-yerini-aldi
#Anadolu
#AnadoluUniversiteti
#YÖK
#YÖKsanalfuarı
#Sərgi
#Fuar

Rəylər:

No comments available.