Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının şöbə müdiri, dosent, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəcəb Rəhimli, Anadolu Universiteti Azərbaycan Proqramları Dövlət İdarəçiliyi fakultəsi tələbələri ilə görüşmüşdür

Tarih: 
18/01/2017 - 18:30

 18 yanvar 2017-ci il tarixində Anadolu Universiteti ilə Azərbaycan Dövlət İdarəçilik Akademiyasının əməkdaşlığının nümunəsi olaraq, Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmovun təşkilatçılığı ilə Dövlət İdarəçilik  Akademiyasının dosenti Rəcəb Rəhimli Anadolu  Universitenin Dövlət İdarəçiliyi ( Kamu Yönetimi) fakultəsi tələbələrilə görüşmüşdür.
 Tədbiri giriş sözü ilə açan koordinator Azər Hətəmov, Rəcəb Rəhimlini tələbələrə təqdim edərək, onun elmi fəaliyyəti haqqında məlumat vermiş, eyni zamanda  Anadolu Universiteti tərəfindən  nəşr edilən "Azerbaycan  Kamu  Personel  Yönetimi" adlı  kitabın müəllifi olduğunu və kitabın Anadolu Universiteti Azərbaycan Proqramlarında  2016-2017 tədris ilindən  etibarən açılan,  Dövlət İdarəçiliyi (Kamu Yönetimi) fakultəsinə qəbul olan tələbələr üçün, Universitetin dərslikləri ilə yanaşı, bu kitabın da çox faydalı olacağını söylədi. Kitabın təqdirə layiq təşəbbüs olduğu da qeyd edildi. Müəllifin bu kitabının dövlət  idarəetmə sahəsində kadrların biliklərinin artırılması istiqamətindəki əhəmiyyətindən bəhs etdikdən sonra,  Rəcəb Rəhimliyə buna görə öz adından və tələbələr adından təşəkkürlərini bildirdi.  Koordinator həmçinin qeyd etdi ki, hər iki dövlətin-Türkiyə və Azərbaycan dövlət idarəçilik sistemini  mükəmməl bilən Rəcəb Rəhimli, bundan sonra, artıq mütəmadi olaraq Azərbaycan və Türkiyə Respublikasının dövlət idarəçilik sistemini dərindən bilmələrinə dəstək üçün interaktiv seminar dərslər keçirəcəkdir.
Dövlət İdarəçilik Akademiyasının dosenti Rəcəb Rəhimli, tələbələrlə mühazirəsi zamanı qeyd etdi ki, Türkiyə dövlət idarəçilik sistemini bilməklə yanaşı, sizlərin Azərbaycan  dövlət idarəçilik sistemini də bilməyiniz vacibdir, çünki universiteti bitirdikdən sonra sizlərdən əksəriyyəti Azərbaycanda çalışacaqsınız.
Mühazirədən məmnun qalan tələbələr Rəcəb Rəhimliyə və  Azər Hətəmova öz dərin minnətdarlıqlarını bildirmişlər

Rəylər:

No comments available.