Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) şöbə müdiri Dr. Vüsal Qasımlı Anadolu Universiteti “Azərbaycan proqramları” tələbələrinin qonağı oldu • Xəbərlər • Tələbə

Tarih: 
31/01/2015 - 18:15

 31 yanvar 2015-ci il tarixdə Anadolu Universiteti “Azərbaycan proqramları” tələbələrinin və Eskişehirdən əyani tələbələrin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Dr. Vüsal Qasımlının “Azərbaycan iqtisadiyyatı və Türkiyə-Azərbaycan iqtisadi münasibətləri” mövzusunda mühazirəsi dinlənildi və mövzü ətrafında müzakirələr aparıldı. Müzakirələrə videokonfrans vasitəsilə canlı olaraq Eskişehirdən Anadolu Universitetinin müəllimləri, professor Gülsün Eby, dossent Recep Okur və Anadolu Universitetinin bir qrup əyani tələbəsi qatıldılar. Tədbirin keçirilməsinin əsas məqsədi tələbələrə iqtisadi sahədə, xüsusilə Azərbaycan-Türkiyə iqtisadi münasibətləri haqqında biliklərə yiyələnməkdə dəstək verməkdən ibarət idi.
Tədbiri giriş sözü ilə açan Anadolu Universiteti “Azərbaycan Proqramları” koordinatoru Azər Hətəmov SAM-ın şöbə müdiri Dr. Vüsal Qasımlını, tələbələri, Anadolu Universiteti müəllimlərini salamladı və qonağı iştirakçılara təqdim etdi. A.Hətəmov eyni zamanda bu tədbirin təşkilində ATİB-in təşəbbüsünü də dəyərləndirdi. Daha sonra qeyd olunan mövzuda Dr. Vüsal Qasımlının dolğun mühazirəsi dinləndi. O, Azərbaycan iqtisadiyyatından, həmçinin Azərbaycan-Türkiyə iqtisadi münasibətlərindən bəhs etdi. Dr. Vüsal Qasımlı eyni zamanda iki ölkə arasında reallaşdırılan və həyata keçirilməsi nəzərdə tutulan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, TASİM kimi qlobal əhəmiyyətli layihələri haqqında tədbir iştirakçılarına geniş məlumat verdi. Dr. Vüsal Qasımlı informasiya-komunikasiya texnologiyalarından istifadə edərək belə interaktiv müzakirənin təşkilinə görə ATİB-ə, Anadolu Universiteti “Azərbaycan Proqramları” Koordinatorluğuna öz təşəkkürünü bildirdi.
Daha sonra tələbələr mövzu ətrafında müzakirələr apardılar və iqtisadiyyat sahəsində onları maraqlandıran sualları qonağa ünvanladılar. V. Qasımlı ona ünvanlanan sualların hər birini ətraflı və dolğun şəkildə cavablandırdı. Sonda koordinator Azər Hətəmov SAM-ın şöbə müdiri Vüsal Qasımlıya, türkiyəli müəllimlərə və tələbələrə öz təşəkkürünü bildirdi.
 

Rəylər:

No comments available.